"Vesti.az" Rusiyanın "Pravda.ru" portalı ilə əməkdaşlıq sazişi imzalayıb

"Vesti.az" Rusiyanın "Pravda.ru" portalı ilə əməkdaşlıq sazişi imzalayıb
12:44 5 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

"Vesti.az" informasiya agentliyi və Rusiyanın "Pravda.ru" məşhur internet-mediaholdinqi əməkdaşlıq haqqında saziş imzalayıb.

 

APA-nın məlumatına görə, sazişi "Vesti.az" portalının baş direktoru Araz Zeynalov və "Pravda.ru" internet-mediaholdinqinin baş direktoru İnna Novikova imzalayıblar.

 

Sazişə əsasən, agentliklər arasında qarşılıqlı informasiya və kontent mübadiləsi aparılacaq. Bundan başqa, agentlik əməkdaşlarının kvalifikasiyasının artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması da nəzərdə tutulub.

 

"APA Holdinq" MMC-yə daxil olan "Vesti.az" 2009-cu ilin martın 16-dan fəaliyyətə başlayıb. 7 illik fəaliyyəti nəticəsində agentlik effektiv internet-portal yaratmağı və internet-media arasında layiqli yerini tutmağı bacarıb.

 

Fəaliyyətinin ilk günlərindən etibarən "Vesti.az" geniş auditoriyanın diqqətini cəlb etməyi bacarıb. Eksklüziv materiallar, reportajlar və müsahibələrin sayəsində "Vesti.az" ən populyar internet-nəşrlərdən birinə çevrilib.

 

Rusiya Federasiyasının KİV və Teleradioyayım Nazirliyi "Pravda.ru" agentliyini 2013-cü ilin noyabr ayının 17-də qeydiyyata alıb. "Pravda.ru"nun baş direktoru İnna Novikova, Direktorlar Şurasının sədri isə Qorşenin Vadim Valeryeviçdir. Mediaholdinqin tərkibinə "Pravda.ru" agentliyinin ingilisdilli versiyası, "Böyük biznes" ("Bigness") tətbiqi, Lady.Pravda.ru tətbiqi, "MedPulse" tibbi tətbiq daxildir.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR