Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yol qəzaları: iki nəfər öldü

Bakıda yol qəzaları: iki nəfər öldü

Date: 5 November 2016 12:49

 

Noyabrın 4-də saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, Bakı şəhər sakini Hikmət Səfərov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən həmyerlisi Pərvanə Quliyevanı vurub  və nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

Bundan başqa, dünən saat 06 radələrində paytaxtın Nizami rayonu ərazisində də nəqliyyat hadisəsi qeydə alınıb.  

Belə ki, Bakı şəhər sakini İlqar Hüseynov idarə etdiyi "İveco" markalı avtobusla yolu keçən həmyerlisi Kəmalə Rəhimovanı vurub, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.

 


Tags:  Bakıda yol qəzaları iki nəfər öldü


RƏYLƏR


Top news