Robert Prosineçki hansı oyunu seçdi?

Robert Prosineçki hansı oyunu seçdi?
13:05 5 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "İnter" matçını Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də izləyəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı 8-ci km stadionunda baş tutacaq qarşılaşmaya köməkçiləri ilə birlikdə baxacaq.

Gəncədə keçiriləcək "Kəpəz" - "Sumqayıt" görüşünü isə millinin məşqçilərindən heç kim izləməyəcək.
 
Qeyd edək ki, yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiyanın qonağı olacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR