Bu ilin oktyabr ayına qədər Ermənistanın ombudsmanına təxminən 4000 şikayət daxil olub.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni ombudsman Arman Tatoyan parlamentdə 2017-cü il büdcəsi üzrə dinləmələr zamanı bildirib.
Tatoyan qeyd edib ki, hesabat dövrü ərzində hərbçilərin hüquqlarının qorunması üzrə şöbə yaradılıb.
Ombudsman parlamentdə iclas zamanı hərbçilərin hüquqlarının qorunması üçün 5-6 milyon dram (17-21 min manat) vəsaitin lazım olduğunu deyb.
Ombudsman orduda hərbçilərin hüquqlarının pozulması hallarını istisna etməyib.
Milli.Az