Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Siyəzəndə güllələnmə - 1 nəfər xəstəxanaya yerləşdirildi

Siyəzəndə güllələnmə - 1 nəfər xəstəxanaya yerləşdirildi

Date: 5 November 2016 13:17

Siyəzən rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndindən rayon sakini Mehman Rzayev döş qəfəsindən aldığı qırma yarası ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı M.Rzayevin Sumqayıt şəhər sakini Elşad Quliyevin özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alması müəyyən edilib.

Siyəzən RPŞ əməkdaşları tərəfindən E.Quliyevdən müvafiq sənədləri olan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Milli.Az


Tags:  Siyəzəndə güllələnmə nəfər xəstəxanaya yerləşdirildi

RƏYLƏR


Top news