Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"13 dəqiqəyə "20 Yanvar" partlayacaq..." - dedi - HƏBS OLUNDU

"13 dəqiqəyə "20 Yanvar" partlayacaq..." - dedi - HƏBS OLUNDU

Date: 5 November 2016 13:22

Bakıda metrosunda bomba həyəcanı yaşanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib. Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az


Tags:  dəqiqəyə 20 Yanvar partlayacaq dedi HƏBS OLUNDU

RƏYLƏR


Top news