İlk "qanuni oğru" necə "ŞAH" oldu? - FOTO

İlk "qanuni oğru" necə "ŞAH" oldu?  - FOTO
13:22 5 Noyabr 2016
114 Dünya
Ölkə mətbuatı
A- A+

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO (24 Aprel 2017 01:33)
"Rövşən ona zəng edib demişdi ki, sən kimsən ona-buna oğru adı verirsən?.. - ANONS (26 Mart 2017 14:09)
Keçmiş polis əməkdaşı: ""Oğru aləmi"ndə ciddi dəyişikliklər baş verir" (23 Mart 2017 14:59)

1923-cü il mayın 20-də "Rassvet"in verdiyi məlumata görə, Berlinin "Manfred" nəşriyyatında Marqulesin "Atəşli illər" kitabı çap olunub. Kitab gündəlik kimi yazılıb və 1919-cu illərdə Odessada baş verənlərdən tutmuş fransızların müdaxiləsi, eyni zamanda Könüllü ordu tərəfindən şəhərin tutulmasından bəhs edir.

Milli.Az publika.az-a istinadən bildirir ki, Marqulesin gündəliyi, demək olar ki, müəllifin o dövrlərdə topladığı qəzet kağızlarından, həmçinin çap etdirdiyi bəzi yazı və sənədlərdən ibarətdir. "Rassvet" qəzetində çap olunan Marqulesin kitabının ilk hissəsi "Yəhudiləri Odessada niyə öldürürdülər" adlanırdı. 1923-cü ilin iyulunda qəzet hissələrindən ibarət oğru dünyasının şahı və qırmızı komandıri, məşhur Mişka Yaponçikin adı ilə bağlı kitabın ikinci hissəsi nəşr olundu.

Toplanmış sənədlər və onlara müəllif tərəfindən olunan qeydləri oxuyanda Yaponçikin həyatda olduğu müddətdə canlı əfsanə kimi tanındığını aydın görə bilərik. Kitabın ən maraqlı hissəsi isə Mişka Yaponçikə aid sənədlərdir. Yazar kitabında Mişkanın özünün yəhudi millətinin qoruyucusu olduğunu elan etməsindən, yəhudi döyüş ittifaqının yaradılması təklifindən və adi oğrudan əzəmətli qəhrəmana çevrilməsindən yazıb.

28 may: Marqules öz gündəliyində yazır:

"OÇK" katibliyində Mixail adında bir yoldaş var. Bundan başqa, Odessada "Mişka Yaponçik" adında quldurlara başçılıq edən cani var. Odessalılar niyəsə bu iki Mixaili bir adam hesab edir.

Fövqəladə komissiya indiyə kimi bu məlumatı inkar edir.

Bu haldan qəzəblənən hakimiyyət, yəni "OÇK" qəzetlərin birində bu informasiyanın səhv olduğuna dair məlumat verir. Bunun yalnız onların adına qara yaxmaqdan ötrü yayılan şayiə olduğunu, onların müəssisəsində heç bir Mixail adında şəxsin işləmədiyi söylənilir. Maraqlıdır ki, Sovet hökuməti pislədiyi məşhur oğrunu sonradan bir müddət sovet dəstəsinə komandir kimi göndərir...

Uşaqlıq illəri... - "Gənc iradə"

Gələcək "şah" 1891-ci il noyabrın 30-da Odessada Meyer Volf Vinnitski ailəsində doğulub. Oğlanı Moyşa-Yakov adlandırırlar, sənədlərdə isə Moisey Volvoviç gedir. Moyşanın 7 yaşı olanda atası vəfat edir. Ailəyə pul gətirmək üçün balaca Moyşa matras fabriki "Farber"ə tələbə kimi işə düzəlir. Bununla yanaşı, o, yəhudi məktəbində oxuyurdu. Ancaq vəziyyətin çətinliyindən yalnız 4-cü sinfə kimi oxuya bilir. 16 yaşı tamam olanda Moyşa Vinnitski "Anatra" zavodunda elektrik kimi işə düzəlir.

1905-ci ildə Odessada yəhudi qırğınının başlanması ilə Moyşanın həyatı da dəyişir. Mürtəce-şovinistlərin Moldavankada başlatdığı qanlı qırğına polis müdaxilə etməmək qərarı alır. Və insanlar özləri bu problemi həll etmək üçün yəhudiləri qorumaq məqsədi ilə dəstələr toplayırlar. Həmin dəstələrdən birində də Mişka Yaponçik özünün ilk döyüşçü təcrübəsini qazanır. Elə o vaxtdan da silaha bağlanır.

Moyşa Vinnitski basqınları, "reket"likləri və oğurluqları ilə məşhur olan "Gənc iradə" anarxist dəstəsinə qəbul olur. 1907-ci ildə ədliyyə tərəfindən yaxalanan Moyşaya ölüm hökmü oxunur. Ancaq daha sonra cəzası dəyişdirilərək 12 illik katorqaya göndərilir. Həmin vaxt Moyşanın həddi-buluğa çatıb-çatmaması haqqında dəqiq məlumat yoxdur. Ancaq bəzi məlumatlarda məhz onun 18 yaşı olmadığı üçün ölüm hökmündən xilas olunduğu deyilir.

Ağlasığmayan qarətlər

Katorqada o, quldur Qriqori Kotovski ilə dostlaşır. 1917-ci ildə inqilabi hökumət tərəfindən əfv olunandan sonra bir müddət Moskvada qalır, orada yerli və kriminal aləmdə hörməti olan canilərlə dostlaşır. Oradan Petroqrada, daha sonra isə Odessaya qayıdaraq o vaxtın ən böyük quldur dəstəsini yaradır. Elə onun Moyşa-Yakov Vinnitskidən Mişka Yaponçikə çevrilməsi həmin dövrlərə təsadüf edir. Yəhudilərin müdafiəsi üçün yaradılmış dəstə şəhərdə ağlasığmayan qarətlər edir. Bəzi mənbələrə görə, onların əsas hədəflərindən biri də varlı yəhudi ailələri idi...

Qəribəliklərlə dolu "oğru"

Bir gün, Yeni il ərəfəsində Yaponçik və dəstəsi bahalı toyların birinə basqına gedir. İçəri daxil olaraq sakit səslə: "Yeni il qabağıdır, siz burada oturub istirahət edirsiniz. Moldavankalılar isə orada ac-susuzdurlar. Sizdən bir xahişim var, 50 min qoyun ortalığa. Əgər bunları etsəniz, mən sizi incitməyəcəm". Lakin gözləmədikləri bir hadisə baş verir. Qonaqlardan biri qorxuya düşərək, ürəyi gedir. Yaponçik bunu görən kimi, yığdıqları bütün pulları qoyub, aradan çıxır.

Mişka Yaponçik həmişə əldə etdiklərini başqaları ilə bölməyi sevirdi. O, neçə başsız ailəyə yardım edir, həbsxanada olan dostlarının uşaqlarına baxır və bütün moldavankalılara kömək edirdi. Odessalılar Yaponçiki sevirdilər. Birinci növbədə ona görə ki, o, qanlı qırğından həmişə uzaq olub. O, həm də incəsənət aləminin yaxın dostu idi. Ən çox yaxınlıq elədiyi isə müğənni Leonid Utyosov idi.

Yaponçik, təbii, özünü də unutmurdu. O, "Monte-Karlo" restoranına və şəhərdəki ən yaxşı kinoillüzion "Karso"ya sahib idi. Yaponçik kazino və kinofabrik almağı düşünürdü.

Varlıların var-dövlətini talan edib, kasıblara paylamasına baxmayaraq, ona istədiyi kimi hörmət edilmirdi. Bir dəfə bütün söz-söhbətlərdən cana gəlib "Odessa poçtu" qəzetində elan verir:

"Biz peşəkar quldur üzvləri matros və işçilərlə çiyin-çiyinə qaydamaklara qarşı çıxmışıq. Bizim də hər kəs kimi Rusiya Respublikasının vətəndaşı olmağa haqqımız var..."

Ancaq bu da işə yaramır və Mişka Yaponçik öz adını təmizləmək üçün başqa bir oyuna əl atır.

Qırmızı komandir

1918-ci ilin yanvarında Mişka Yaponçik bolşeviklər, anarxistlər və sağ eserlərlə birləşərək kütləvi basqınlarda iştirak edir. Quldurlar bundan istifadə edərək, polisin qeydiyyat şöbəsinə hücum edirlər. Nəticədə 16 min odessalı quldur məhv edilir.

Növbəti dəfə Yaponçikin dəstəsi 1918-ci ildə həbsxanaya hücum edərək bütün dustaqları azadlığa buraxır və 16 min cinayətkarın sənədlərini yandıraraq məhv edir.

Həmin gün həbsxananın müdiri faciəli şəkildə vəfat edir. O, həbsxananın anbarında gizlənərək qapını bağlayır. Anbar alışıb yananda isə içəridən çıxa bilmir. Bu hadisələrin 2-ci günündə 3-cü Ordunun Xüsusi şöbəsinə bəstəboy, ziyalı görünüşlü, mavi gözlü biri daxil olur. Asta səslə özünü təqdim edir: "Mişa Yaponets. Bu isə mənim adyutantlarımdır".

"Basqınların şahı" burjuaziyaya olan nifrətindən danışır: "Biz ancaq Odessaya məskunlaşmaq məqsədilə Rusiyadan gələn burjuaziyanı qarət edirdik. Biz banklara, gecə klublarına hücum edirdik. Ancaq köhnə həyatım bitti! Mən sizə uşaqlarımı təcrübədən keçirtməyi məsləhət görürəm. Onlar Qırmızı Orduya girərək mənim idarəçiliyim altında döyüşəcəklər. Siz mənə Qırmızı Orduda dəstə yaratmaq üçün mandat verin. Buna görə siz heç də peşman olmayacaqsınız. Həm də mənim adamlarımın öz silahı var və pula da ehtiyacımız yoxdur".

Uzun müzakirədən sonra 3-cü Ordunun komandiri Mişka Yaponçikə dəstə yaratmağa icazə verir. Keçmiş məhkum bir neçə ay döyüş hazırlığı keçir. Cəbhəyə getməmişdən əvvəl Odessa ilə vida mərasimi keçirir. İnqilaba gedən zaman 2000 quldurdan ibarət dəstənin üzvləri 4 gün boyunca o qədər yeyib-içmişdilər ki, qatara yalnız 700 nəfər çata bilmişdi.

Qatar ünvana çatan zaman aydın olur ki, göndərilən quldurların yalnız üçdə ikisi çatıb. Qalanları isə Yakirin başçılığı ilə Qırmızı ordunun 45-ci diviziyasında petlyuraçılarla döyüşə göndərilir. Gözlənilmədən bütün quldurlar bu döyüşdə qalib gəlirlər və petlyuraçılar geri çəkilirlər. Mişka Yaponçikin əlaltıları bu qələbəni qeyd etməyə başlayırlar. O isə bu qələbənin heç də yaxşı olmadığını anlayır. Bu artıq son idi!

Qırmızı Ordunun satqınlığı, əfsanəvi Yaponçikin süqutu...

Yenə ətrafda qan və uzlaşa bilməyəcəyi düşmən. O, özünü və tərəfdaşlarını təhlükəyə atmışdı. Əvvəl-axır bu bitəcəkdi. Qırmızı Ordu yaxşı başa düşürdü ki, Mişkanın qalibiyyəti başqa quldurlara mənfi təsir göstərə bilər. İlk növbədə ona görə ki, Yaponçik siyasətdə iyrənc və qıcıqlandırıcı bir fiqur idi. Bu da Qırmızı Ordunun çöküşünə səbəb kimi gətirilə bilərdi. Belədə bu tip liderlərə qarşı bolşeviklər ova çıxdılar. Onları heç bir şəkildə uzaqlaşdırmaq yox, yalnız aradan götürmək lazım idi. Yəni öldürmək.

Bir gün sərkərdələr bir araya gəlir və Mişka Yaponçikin dəstəsini dağıdıb özünü öldürmək qərarına gəlirlər. Bəs bunu məhkəməsiz və qırmızı komandirin istintaqı olmadan necə etmək olar? Həm də bu, aranı daha da qızışdıraraq qanlı qırğınlara səbəb ola bilər.

Bir neçə gündən sonra Yaponçikin dəstəsi yeni əmr aldı. Onları Nestor Mahonun dəstəsi ilə döyüş gözləyirdi. Quldurlar ötən qalibiyyətlərin təsiri altında döyüşə böyük həvəslə və sevinclə girişdilər. Yeganə sevinməyən isə Mişka Yaponçik idi. O, yeganə adam idi ki, bu əmrin o dünyaya bilet olduğunu hiss edirdi. Və hissləri onu yanıltmadı. Onun dəstəsi minlərlə quldurlardan ibarət Mahonun dəstəsi ilə üz-üzə gəldi. Və Yakovun "əsgərləri" sanki ət maşınına düşmüşdülər.

Yaponçik sona qədər söz verilən yardımın gələcəyini gözləyirdi. Onun dəstəsi kişi kimi döyüşdü, ancaq güclər bərabər deyildi. Dəstənin üzvləri sonda geri çəkilməyə məcbur oldular. Həmin gün Mixail Vinnitski adamlarının yarısını itirdi. Sağ qalanlar isə "satqınlar" deyə qışqırırdılar. Həyatında ilk dəfə "Şah" nə cavab verəcəyini bilmirdi. Onun çıxış yolu kimi düşündüyü variant əslində fatal sonluq idi.

Məğlubiyyətdən sonra onu yenə qərargaha çağıraraq daha bir tapşırıq verdilər. Dəstə üzvlərini artırmaq və döyüş hazırlığı keçmək üçün Kiyevə yollanmalıydılar.

Mişka başa düşürdü ki, burada nəsə fırıldaq var. Ancaq bu dəfə özünü itirmir, doğrudan da adına yaraşan hərəkət edir. O, səhv etdiyini anlayırdı. Və bu səhvə görə də özü cavab verməli idi. Belə ki, qırmızı komandir dəstə üzvlərinə gizlincə evə qayıtmaqlarını tapşırır. Özü isə 150 nəfərlə birlikdə qatara minir. Yolun yarısında maşinistin başına silah dayayaraq Odessaya tərəf hərəkət etməsini əmr edir. Ancaq Voznesenks vağzalında süvari əsgərlər qatarı saxlayırlar. Komandir bütün dəstənin çıxmasını tələb edir. Mişka Yaponçik isə aydın başa düşürdü ki, onu yalnız möcüzə xilas edə bilər. O, son dəfə döyüşçülərin üzünə baxır və arxasını komandir tərəfə çevirir. Axıra çatmasının mümkünsüz olduğunu bilsə də, meşə tərəfə yol alır. Və güllə səsləri... Bax beləcə onun ömrü sona çatır.

Başqa bir versiyaya görə isə dəstəni vağzalda Mişka Yaponçikin katorqada tanış olduğu Qriqori Kotovski dağıdır, qırmızı komandiri öldürür. Bu davadan yalnız ştabın köhnə başçısı mayor Zayder sağ çıxır. O, Kotovskini həbsxanadan tanıdığı üçün ona rəhm edərək öldürmür. Amma 1924-cü ildə Mayer Zayder Kotovskini ürəyindən vuraraq Çabankedə öldürür.

Yeni hakimiyyət o vaxt buraxdıqları səhvləri və cinayəti gizlətmək üçün Mişka Yaponçiklə bağlı bütün sənədləri məhv edir. Buna görə də onun necə öldürülməsi ilə bağlı faktlar tapmaq çətindir. Biz onun haqqında o zaman çap olunan qəzetlərdən və yaxın dostlarının yazdıqları məktublardan nələrisə öyrənə bilirik. Onun xatirəsinin yaşamasına ən çox can yandıran isə İsaak Babel idi. O da bizim kimi Mişka Yaponçik haqqında yalnız dillərdə dolaşan əfsanələrdən öyrənib. Və o qədər təsirlənib ki, quldur kralı haqqında silsilə hekayələr yazıb. Ona böyük simpatiyasının olduğunu hekayələrində də görmək olurdu. Buna görə o, qəhrəmanın adını Benya Krik qoyur. Lakin hökumət bu haqda xəbər tutur. 1939-cu ildə onu katorqaya göndərərək, öldürür.

Mişka Yaponçikin yaşadığı və aktiv fəaliyyətdə olduğu illərdə nə qanuni oğru, nə də ki, oğru qanunları var idi. Çünki qanuni oğrunun qanunları yalnız 20-ci illərin sonu - 30-cu illərin əvvəli yaranıb. Ona görə də, bir çox mənbələrdə onun adı "qanuni oğru" yox, quldur deyə yazılır. Əslində quldur kralının öldürülməsi "qanuni oğru"nun yaranmasına təkan verdi. Buna görə də, oğru dünyası onu ilk qanuni oğru hesab edir. Onun vəfatından sonra SSRİ-də dünyanın heç bir yerində olmayan xüsusi qruplaşmalar yarandı. Mişka Yaponçikin istədiyi ölümündən sonra gerçəkləşdi.

Milli.Az









RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

27 Aprel 2017 21:02

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

27 Aprel 2017 20:48

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 20:47

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

27 Aprel 2017 20:37

Bu ölkədə fahişəlik qanunidir –

27 Aprel 2017 20:34

Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27 Aprel 2017 20:32

Bu ilin I rübündə istehlakçılara 57 mln. kubmetr həcmində su verilib

27 Aprel 2017 20:27

TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək

27 Aprel 2017 20:22

Baş nazirin evin qarət olundu

27 Aprel 2017 20:19

Dostları Ədalət Şükürovun ad günündə

27 Aprel 2017 20:15

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 20:13

Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı məkan istifadəyə verilib

27 Aprel 2017 20:07

Moskvanın müharibə SSENARİLƏRİ, Qarabağ üçün SABAH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

27 Aprel 2017 20:03

Komitə rəsmisi: "Dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür"

27 Aprel 2017 20:02

“Birincilər”in bombardiri bəlli oldu

27 Aprel 2017 19:59

Qəbələdə "Su festivalı" keçirilib

27 Aprel 2017 19:57

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

27 Aprel 2017 19:57

Berlində həyəcanlı dəqiqələr:

27 Aprel 2017 19:55

Kim yeni bikinisi ilə - FOTO

27 Aprel 2017 19:54

Ermənistanda vəkillər həmkarlarını döyüblər

27 Aprel 2017 19:52

Bu il Xəzərin Azərbaycan sahillərində 21 çimərlik yaradılacaq

27 Aprel 2017 19:43

“İS(S)İ 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabının təqdimatı keçirilib

27 Aprel 2017 19:42

"Qalatasaray"a cəza: azerkeşsiz oynayacaq

27 Aprel 2017 19:39

Naxçıvanda təlim keçirilir

27 Aprel 2017 19:33

Şimali Koreyadan qurtulmaq istəyənlər bizə sığınsın -

27 Aprel 2017 19:32

"Kara Sevda"ın Nihalından ilginc addım: Dodağına "K" döydürdü

27 Aprel 2017 19:29

"Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkətinə borcu 37 mlrd. dollara çatıb

27 Aprel 2017 19:27

Bakı ermənisi Sülh Platformasının ofisinə baş çəkdi - FOTO

27 Aprel 2017 19:24

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

27 Aprel 2017 19:22

Rusiya XİN rəsmisi Azərbaycan jurnalistlərini təhqir etdi - VİDEO

27 Aprel 2017 19:18

Zakir Həsənov Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

27 Aprel 2017 19:13

Əbülfəs Qarayev: "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq"

27 Aprel 2017 19:12

Naxçıvanda komanda-qərargah təlimi keçirilir

27 Aprel 2017 19:09

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

27 Aprel 2017 19:02

Siyasətçidən kitab yazdı, 1 milyon avro ziyana düşdü

27 Aprel 2017 18:53

Zakir Həsənov ordu generalı Yaşar Gürellə görüşdü

27 Aprel 2017 18:49

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

27 Aprel 2017 18:48

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

27 Aprel 2017 18:47

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

27 Aprel 2017 18:35

SORĞU: Kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

27 Aprel 2017 18:34

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

27 Aprel 2017 18:33

Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

27 Aprel 2017 18:32

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2017 18:27

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 18:27

Arda Turanın malikanəsinin görüntüləri yayıldı

27 Aprel 2017 18:26

Bülent Ersoy eşqini etiraf etdi - FOTO

27 Aprel 2017 18:24

“Buna son qoyulmalıdır!” - Moskvadan Türkiyəyə XƏBƏRDARLIQ

27 Aprel 2017 18:18

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları

27 Aprel 2017 18:18

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib

27 Aprel 2017 18:17

Min dərdin dərmanı "paltar sabunu"

27 Aprel 2017 18:12