Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kadırov Türkiyədə həbs olunan şəxsləri Ərdoğandan istədi

Kadırov Türkiyədə həbs olunan şəxsləri Ərdoğandan istədi

Date: 5 November 2016 13:23

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Türkiyədə həbs olunan 3 nəfər çeçen döyüşçüsünün təhvil verilməsini tələb edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, R.Kadırov hazırda Türkiyədə 3 nəfər çeçen döyüşçüsünün həbsdə olduğunu bildirib.

Daha sonra R.Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, həmin döyüşçülərin Çeçenistana təhvil verilməsini istəyib: “Adları dünyada və Rusiyada terrorçu kimi tanınan Mahran Saidov, Aslanbek Vadalov və Tarhan Qaziyev hazırda Türkiyədə həbs olunublar. Onların Çeçenistanda terrorçuluq fəaliyyəti ilə məşğul olublar. Onların hər biri çox sayda terror aktı, hərbi və mülkü cinayətlər törətməkdə şübhəli bilinirlər. Bütün bu cinayətləri isə dinc insanlara qarşı həyata keçiriblər. Misal üçün, Aslanbek Vadalov 10 polis və 3 dinc sakini öldürüb, çoxlu sayda evi yandırıb. Tarhan Qaziyev isə Buqaroy kəndində 82 yaşında olan Humid Vismatovu qətlə yetirib. Arbi Barayevle birlikdə Rusiya Baş nazirinin müavini Valentin Vlasovu qaçırıb, Guhoyda 1 polis rəisini öldürüb, 4 nəfəri isə yaralayıb. O, Alhazurovo kəndində isə 7 polis rəisini qətlə yetirib. Tarhan Qaziyev 20-dən çox insanı öldürüb. Ona görə də mən cənab Ərdoğana müraciət edirəm ki, bu adamlar bizə təhvil verilsin. Onların barəsində cinayət işi açmışıq və lazımı cəzalarını almalıdırlar”.

Vasif Həsənli


Tags:  Kadırov Türkiyədə həbs olunan şəxsləri Ərdoğandan istədi

RƏYLƏR


Top news