Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qapıçının fırıldağı baha başa gəldi

Qapıçının fırıldağı baha başa gəldi

Date: 5 November 2016 13:27

16 yaşadək kişilərdən ibarət futbol millilərinin Asiya Kubokunda ÖzbəkistanŞimali Koreya milliləri qarşılaşıblar.

Milli.Az xarici KİV-ə istinadən bildirir ki, özbək qapıçıdan qol buraxan şimali koreyalı əlcək sahibi sərt cəzalandırılıb.

Məlumata görə, Şimali Koreya millisinin qapıçısına Asiya Futbol Konfederasiyası futboldan 1 il kənarlaşdırılma cəzası verib. Səbəb kimi növbəti turda daha asan bir rəqiblə qarşılaşmaq üçün qol buraxdığı iddia edilir.

Şimali Koreya Futbol Federasiyasına isə pul cəzası verilib. 

Şimali Koreya qapıçısının ötən il etdiyi oxşar hərəkət şübhə doğurub: o zaman qəsdən qol buraxaraq növbəti turda İraq millisinin yerinə Oman ilə qarşılaşmışdı. Oman millisini məğlub edən Şimali Koreya yarımfinalda İrana "boyun əymişdi".

Təhməz Təkin

Milli.Az


Tags:  Qapıçının fırıldağı baha başa gəldi

RƏYLƏR


Top news