Azərbaycanın güləşçi xanımı podiuma çıxdı - FOTO

Azərbaycanın güləşçi xanımı podiuma çıxdı - FOTO
13:37 5 Noyabr 2016
168 Maraqlı
Ölkə mətbuatı
A- A+

Üçqat Olimpiya mükafatçımız, Dünya və Avropa çempionu, azərbaycanlı güləşçi Mariya Stadnik Hindistanda podiuma çıxıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, güləşçimiz professional güləş liqasının ikinci turunun şərəfinə Nyu-Dehlidə baş tutan moda sərgisində iştirak edib.

Stadnik daxil olmaqla bütün iştirakçılar ənənəvi hind geyimində podiuma çıxıblar. Güləşçilər podiuma çıxarkən həyəcanlı olduqlarını vurğulayıblar.

"Döşəkçədə hər şey sadə və təbiidir. Biz uşaqlıqdan vərdiş etdiyimiz şeyləri edirik. Bu isə tamamilə fərqlidir. Mən çox həyəcanlı idim. Bu, Hindistana ilk səfərimdir. Mən Tac-Mahal və Dehlidə qızıl məbədi ziyarət etmək istəyirəm", - deyə Stadnik vurğulayıb. 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR