Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD Mosulu qalaya çevirmək istəyir - FOTO

İŞİD Mosulu qalaya çevirmək istəyir - FOTO

Date: 5 November 2016 13:37

İraqda böyüklüyünə görə ikinci şəhər olan Mosulun İŞİD-dən azad edilməsinə yönəlmiş əməliyyat davam edir. İŞİD isə şəhərdən geri çəkilmək niyyətində deyil.

Tam tərsinə, terrorçular sonadək müqavimət göstərmək niyyətindədirlər.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, kosmosdan çəkilən peyk fotoları İŞİD-in Mosulu alınmaz qalaya döndərmək niyyətindən xəbər verir.

İŞİD terrorçuları şəhərə əsas giriş məkanları olan 6 yerdə uzunmüddətli müdafiə istehkamları qurublar.

BMT-nin İnsan Haqları İdarəsinin bildirdiyinə görə, İŞİD kütləvi qırğınlarla yanaşı, mülki vətəndaşlardan canlı qalxan kimi istifadə edilməsi hallarını artırıb.

Terrorçular özlərini müdafiə etmək məqsədi ilə insanları məcburi şəkildə Mosul və şəhər ətraflarına köçürürlər.

Son bir neçə gün ərzində 2500 nəfərin Hamam əd Əlil şəhərində girov götürüldüyü və onların bəzilərinin Suriyaya aparıldığı bildirilir.

BMT kütləvi qırğınlarla bağlı məlumatlar əldə edildiyini vurğulayıb.

"Voice of America"nın məlumatına görə, İnsan hüquqları agentliyinin sözçüsü Ravina Şəmdasani bildirib ki, İŞİD-in Mosuldakı Qəzlani hərbi bazasında 50-dən çox döyüşçüsü qətlə yetirilib. O, bundan əlavə 380 adamın Gökçəli kəndi yaxınlığında öldürüldüyünü deyib.

"Biz İŞİD-in 400-ə yaxın kürd, yezidi və şiə müsəlman qadını Tal Afarda saxladığı barədə məlumat əldə etmişik. Onlar qadın və azlıq olduqları üçün biz çox narahatıq, - sözçü deyib.

BMT hava zərbələri nəticəsində həlak olanlar barədə də məlumat əldə edildiyini bildirib. Cümə axşamı Mosulun şərq bölgəsində 4 qadın öldürülüb, 17 adam xəsarət alıb.

Agentlik İraq hökuməti və onun hərbi müttəfiqlərini əməliyyatların beynəlxalq humanitar qanunlara uyğun həyata keçirilməsinə çağırıb.

Milli.Az










































Tags:  İŞİD Mosulu qalaya çevirmək istəyir FOTO

RƏYLƏR


Top news