Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağacı kəsən şəxs CƏZALANDIRILDI

Ağacı kəsən şəxs CƏZALANDIRILDI

Date: 5 November 2016 13:47

Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında qanunsuz ağac kəsən şəxs müəyyən edilərək cəzalandırılıb.

Milli.Az bildirir ki, bu barədə qafqazinfo-ya Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, məlum ünvanda ağacların kəsilməsi faktı ilə bağlı rayon Polis İdarəsi ilə birgə araşdırma aparılıb. Müəyyən olunub ki, ağacları qeyd olunan ünvanda yaşayan Hüseyn Alməmmədov adlı şəxs kəsib.

Vətəndaş ağacları kəsdiyinə görə yüksək məbləğdə cərimələnib, gələcəkdə belə halları təkrarlamamaq haqda dilindən iltizam alınıb.

Qeyd edək ki, Əliyar Əliyev küçəsi 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı xəbər mediada işıqlandırılandan sonra ciddi rezonansa səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə kəsilən 2 ağacın yerinə 9 ağac əkilib.

Milli.Az


Tags:  Ağacı kəsən şəxs CƏZALANDIRILDI

RƏYLƏR


Top news