Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Gəlin və qaynana öldülər

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Gəlin və qaynana öldülər
13:52 5 Noyabr 2016
396 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hadisə Bakı-İsmayıllı yolunun Basqal qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü, bir nəfərin yaralandığı bildirilir.

Qəza nəticəsində ölən şəxslərin qaynana və gəlin olduğu məlum olub. Adları hələlik açıqlanmayan şəxslərin İsmayıllıya qonaq gələrkən qəzaya düşdüyü deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR