Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama: “Qızlarımın kiminlə sevgili olacağı məni narahat etmir”

Obama: “Qızlarımın kiminlə sevgili olacağı məni narahat etmir”

Date: 5 November 2016 14:04

 

ABŞ prezidenti Barak Obama WDCG radiosuna müsahibəsində deyib ki, qızlarının gələcəkdə kimlə sevgili olacağı, kimlə görüşə çıxacağından narahat deyil, çünki onların tərbiyəsinə güvənir.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, B.Obama narahat olmamağını iki səbəblə əlaqələndirib: “ Birincisi, Mişel ( B.Obamanın xanımı) qızlarımıza özünü necə idarə etməli olduğunu, mənliyini qoruyub saxlamağı yaxşı öyrədib. Onlar yaxşı bilir ki,  oğlanların görünüşünə deyil də əsas ağlına fikir verməlidirlər. Bundan başqa, insanları sadəcə xarakter və ağlına görə qiymətləndirmək lazımdır və bunu da xanımım qızlara yaxşı tərbiyə verib”.

“Və mən ümid edirəm ki, həyat yoldaşına necə hörmət etməli olduğunu göstərmək üçün yaxşı nümunəyəm”, deyə B.Obama əlavə edib.

 

B.Obama qeyd edib ki, lazım gələrsə qızlarının görüşdükləri oğlanları araşdırmaq üçün Kəşfiyyat Xidmətindən də yardım istəyə bilər.

Qeyd edək ki, Barak və Mişel Obamaların 18 və 15 yaşlı iki qızı var.

 

 

 

 

 


Tags:  Obama Qızlarımın kiminlə sevgili olacağı məni narahat etmir



RƏYLƏR


Top news