Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın rəqibi xorvatiyalı futbolçusu ilə vidalaşır

"Qarabağ"ın rəqibi xorvatiyalı futbolçusu ilə vidalaşır

Tarix: 5 Noyabr 2016 14:05

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Fiorentina" qış "transfer pəncərəsi"ndə heyətində dəyişikliklər etməyi planlaşdırır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Florensiya təmsilçisi Milan Badeli satmaq niyyətindədir.

Xorvatiyalı yarımmüdafiəçinin transfer qiyməti də açıqlanıb. 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub 12 milyon avrosundan keçməli olacaq.
 
Badellə İtaliya klubları ilə yanaşı, "Çelsi"nin də maraqlandığı bildirilir.
 
Qeyd edək ki, Xorvatiya yığmasının da formasını geyinən Badel 2014-cü ildən "Fiorentina"da çıxış edir. 

Milli.Az


Teqlər:  Qarabağın rəqibi xorvatiyalı futbolçusu vidalaşır



RƏYLƏR


Top xəbərlər