Azərbaycanda körpələrə daha çox hansı adlar qoyulur?

Azərbaycanda körpələrə daha çox hansı adlar qoyulur?
14:16 5 Noyabr 2016
1094 Şou
Ölkə mətbuatı
A- A+

Bu ilin 10 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox qoyulan adların ilk onluğunda Yusif (2698), Hüseyn (1808), Əli (1746), Ömər (1378), Məhəmməd (1126), Zəhra (2338), Nuray (1742), Fatimə (1512), Zeynəb (1446) və Aylin (1341) adları gəlir.

Axşan.az bildirir ki, Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, siyahıda ilk iyirmilikdə Tunar (1051), Murad (1051), Ayxan (972), Uğur (970), İbrahim (737), Məryəm (1245), Ayan (1100), Mələk (1070), Mədinə (865), Dəniz (885) adları da yer alıb.

Bundan başqa, bu il uşaqlara verilən adlar arasında Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, Fərid, İsmayıl, Ramal, Gülay, Xədicə, Səma, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu kimi adlar üstünlük təşkil edib. 

Ümumiyyətlə, qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR