80 yaşlı model həyat dərsi keçir - foto

80 yaşlı model həyat dərsi keçir - foto
14:26 5 Noyabr 2016
912 Şou
Ölkə mətbuatı
A- A+

Çində yaşayan 80 yaşlı Vanq Duşen düşüncələri və hərəkətləri ilə ətrafdakılarına örnəkdir.
 
Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 14 yaşında olarkən tramvay sürücüsü kimi işləyən Vanq illər sonra arzusunu gerçəkləşdirib. Belə ki, o, daim idmanla məşğul olaraq gözəl bədən quruluşuna malik olub və model kimi çalışmağa başlayıb.

"Yaşın heç bir fərqi yoxdur, əsas ruhun cavan olsun" prinsipi ilə yaşayan yaşlı model hər gün idmanla məşğul olur və sağlam həyat tərzi sürür.

Vanq deyir ki, insanın həyatda istədiklərinə nail olmaq üçün ona sadəcə sağlam baş lazımdır.

"Bir az istək, bir də sağlam baş həyatda bütün istəklərinin reallaşması deməkdir", - deyə 80 yaşı model düşünür.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR