Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerikalı hakerlər Rusiyanın məxfi sənədlərini ələ keçirdilər

Amerikalı hakerlər Rusiyanın məxfi sənədlərini ələ keçirdilər

Date: 5 November 2016 14:27

ABŞ hərbi qüvvələrində işləyən hakerlər Kremlin, həmçinin Rusiyanın telekommunikasiya və elektron sistemlərinin kəşfiyyat və məxfi sənədlərini ələ keçiriblər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "NBC News" yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Məlumatda həmçinin qeyd edilir ki, bu kiberhücumlar Rusiyanın resurslarını çox zəiflədib.

ABŞ hakimiyyətinin rəsmi nümayəndələrinin sözlərinə görə, Vaşinqton kibersilahları yalnız əhəmiyyətli hücum halında tətbiq edəcək. Telekanal qeyd edir ki, adətən belə hücumlar müxtəlif ölkələrin kiberhücumlarına cavab olaraq həyata keçirilir.

Qeyd edək ki, daha əvvəl ABŞ Rusiyanın bütün dünyada siyasi seçkilərə təsir etməyə çalışdığını iddia edirdi.

Xatırladaq, ABŞ Rusiya hakimiyyətini prezident seçkilərinin gedişinə müdaxilə məqsədi ilə Demokrat partiyanın saytına kiberhücumlarda iştirakda ittiham edir. Lakin sentyabrın əvvəlində bu barədə sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin ölkə hakimiyyətinin kiberhücumlarla əlaqəsini inkar etmişdi. Onun mətbuat katibi Dmitri Peskov isə Rusiyanın ünvanına səsləndirilən bu ittihamları absurd adlandırmışdı.

Ancaq kibertəhlükəsizlik sahəsində işləyən "ThreatConnect" şirkəti iyulda demokratların saytına hücumlar həyata keçirən serverlərin sahibinin şəxsiyyəti araşdırıb və onun cinayətkarların niyyətləri haqqında heç nə bilməyən rus olduğu aşkara çıxıb.

Milli.Az


Tags:  Amerikalı hakerlər Rusiyanın məxfi sənədlərini ələ keçirdilər

RƏYLƏR


Top news