Azərbaycan-Serbiya əlaqələrinin inkişafı müzakirə olunacaq

Azərbaycan-Serbiya əlaqələrinin inkişafı müzakirə olunacaq
14:52 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil edəcək nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan hökuməti və Serbiya hökuməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilən və baş podratçısı Azərbaycanın "AzVirt MMC" şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək.

Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/486665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR