Üç gün sonra ikinci "11 sentyabr” OLACAQ: Yeni müharibələr dövrü başlayır

Üç gün sonra ikinci "11 sentyabr” OLACAQ: Yeni müharibələr dövrü başlayır
15:08 5 Noyabr 2016
383 Dünya
Ölkə mətbuatı
A- A+

2001-ci il 11 sentyabr terror aktının törədən Əl-Qaidənin 8 noyabr prezident seçkiləri günü də ABŞ-a hücum edəcəyi gözlənilir.

Publika.az
bildiri ki, Amerika mediasının kəşfiyyat mənbələrinə istinadən yaydığı xəbərə görə, Əl-Qaidə Nyu-York, Texas və Virciniya ştatlarında eyni anda hücumlar həyata keçirə bilər.

Nyu-Yorkun meri Bill de Blasio hücumla bağlı məlumatların dəquiqləşdirilməsinin aparıldığını açıqlayıb.

Hazırda hava limanlarında, körpülərdə və tunellərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, 11 sentyabr hadisəsindən sonra ABŞ Əfqanıstana hərbi müdaxilə etmişdi. Bu müdaxilədən sonra İraqa da müharibə elan edildi. Məhz həmin tarixdən sonra dünyada yeni dövr başlandı. Ekspertlərə görə, seçki günü hər-hansı terror aktının baş verməsi Amerikanın yeni müharibələr başlamasına səbəb ola bilər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR