İran parlamentində maraqlı dəyişiklik

İran parlamentində maraqlı dəyişiklik
15:17 5 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

İran parlamentində türk fraksiyasından sonra kürd fraksiyası də yaradılacaq. 

Bu barədə APA-ya parlamentin Sosial məsələlər komissiyasının sədri, Şirvandan olan nümayəndə Əbdürrza Əzizi məlumat verib. "İnşallah, yaxın vaxtlarda kürdlər yaşayan bölgələrin də fraksiyasını yaradacağıq. Bu, geniş ərazini - Kürdüstan əyalətini, Kirmanşah əyalətini, Qərbi Azərbaycan və Rəzəvi-Xorasan əyalətini, hətta Mazandaran əyalətinin bir hissəsini əhatə edir", - deyə o söyləyib.
 
Türk fraksiyasının formalaşdırılmasına toxunan Ə. Əzizi bu qrupun türkdillilərin yox, türklərin məskunlaşdığı bölgələrin fraksiyası olduğunu nəzərə çatdırıb: "Əgər bu fraksiya yaxşı işləyərsə, həmin bölgələrin inkişafına səbəb olacaq. Türklərin məskunlaşdığı bölgələr əsasən Xorasan və Fars əyalətlərinin bir hissəsi, Şərqi və Qərbi Azərbaycan əyalətləri, Zəncan, Ərdəbil əyalətləri, Həmədan, Qum şəhərinin bir hissəsi və digər bölgələri əhatə edir".
 
Ə. Əzizinin sözlərinə görə, parlamentdə müxtəlif fraksiyaların təşkili təbii prosesdir: "Parlamentdə nümayəndələr ölkənin müxtəlif bölgələrinin xeyrinə səs toplamaq üçün bir-birinin yanında əyləşir. Bu, təbii haldır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR