Xalq artisti anasını itirdi

Xalq artisti anasını itirdi
16:05 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Üç gün idi ki, xəstəxanada yatırdı. Bilməmişik, sən demə, bağırsağında şiş varmış. Özü də ölümünə inanmırdı, son nəfəsində məni çağırdı, halı pis idi, əli əlimdə, dediyini dedi. Ağırdır bunları danışmaq, hələ dəfn də eləməmişik, ondan ayrılmaq çox çətindir. Bu qədər yaşım var, amma insan hər yaşda anası üçün uşaqdır".

Bu sözləri publika.az-a açıqlamasında anasını itirən xalq artisti, kino aktyoru Tariyel Qasımov söyləyib.
Qeyd edək ki, aktyorun 102 yaşlı anası Yaqut xanım bu gün dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/486675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR