Ən qəribə insan: həyatının hər anını "əbəliləşdirir" - FOTO

Ən qəribə insan: həyatının hər anını "əbəliləşdirir" - FOTO
16:05 5 Noyabr 2016
163 Maraqlı
Ölkə mətbuatı
A- A+

Onu həmkarları və tanışları dünyanın ən qəribə insanı sayırlar. Çünki həyatının hər anını "əbədiləşdirmək" niyyəti gerçəkdən də, unikal istəkdir.

Milli.Az BBC-yə istinadən bildirir ki, Madrid Texniki Universitetində zoologiyadan dərs deyən professor Moris Vilyaroel sinəsindən asdığı kiçik fotokamera ilə hər gün 1200 foto çəkir.

Professorun sözlərinə görə, hər 30 saniyədə bir foto çəkməklə yaşamının tam, dolğun salnaməsini yaratmağa çalışır.

Bununla da kifayətlənməyən M.Vilyaroel hər səhər yuxudan ayılandan gecə yuxuya gedənədək yaşamını əks etdirmə və "yadda saxlamaq" üçün minimum 750 sözdən ibarət "hesabat" yazır.

Professorun çəkdiyi fotoların total əksəriyyəti maraqsız, sönük kadrlar.

"40 yaşım tamam olmuşdu. Nə üçün yaşadığımı düşünməyə, həyatımın mənasını aramağa başladım. Və onda qərara gəldim ki, həyatımın salnaməsini hazırlayım. Hər gün fotolar çəkməyə, gündəlik yazmağa başladım", - Moris Vilyaroel deyib.

Professorun "salnaməsi"ndə onun gündəlik yaşamını əks etdirən 37 jurnal artıq dolub.

Fotoların sayı isə 1 milyonu keçib.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR