ATV-də yayımlanan “V Element” verilişində qonaq olan reper Elşad Xose efiri yarımçıq tərk edib.
Axşam.az-ın məlumatına görə, verilişin ortasında qızdırmasının olduğunu və üşütdüyünü deyən reper 20 dəqiqəyə gələcəyini desə də, amma sonradan efirə qayıtmayıb. Bundan başqa, o, zənglərə də cavab verməyib.