"Mançester Yunayted"in əvəzedici komandası Batta tapşırıldı

"Mançester Yunayted"in əvəzedici komandası Batta tapşırıldı
16:57 5 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in eks-futbolçusu Niki Batt klubun əvəzedici komandasında müvəqqəti olaraq baş məşqçi funksiyalarını yerinə yetirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əvvəlki çalışdırıcı Uorren Coys "Wigan Athletic"in sükanı arxasına keçdiyindən onun vəzifəsi Batta tapşırılıb. Sabiq yarımmüdafiəçi "Yunayted" futbol akademiyasının yetirməsidir. Daha öncə klubun U-19 komandasını çalışdırıb. O, "qırmızı şeytanlar"la 6 dəfə İngiltərə çempionu olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR