Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Belə meydançada nəinki oynamaq, gəzmək çətindir” – Samir Abasov

“Belə meydançada nəinki oynamaq, gəzmək çətindir” –   Samir Abasov

“Xoşagəlməz hal baş verməsini istəmədim” - Samir Abasov (18 Mart 2017 20:47)
"Getdikcə vəziyyətimiz çətinləşir" - Samir Abasov (18 Mart 2017 20:07)
"Oyun göstərdi ki, avrokubokdan danışmaq tezdi" - Samir Abasov (04 Mart 2017 19:37)

Tarix: 5 Noyabr 2016 16:57


Topaz Premyer Liqasının XI turunun açılış matçı olan “Kəpəz” – “Sumqayıt” görüşündə qalib müəyyənləşmədi (0:0). Fanat.Az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Samir Abasov matçdan sonra meydançanın durumundan şikayətlənib:


“Qələbə qazana bilməməyimizin səbəbi göz qabağındadır. Belə meydançada oynamaq çətindir. Oyunumuzu rəqibə görə deyil, meydançaya uyğun qurmuşduq. Evə sağ salamat və 1 xalla qaydırıqsa, bu da böyük seydi. Belə meydançada nəinki oynamaq, gəzmək çətindir. Əvəzləmələrin özlərini doğruldacağına inam az idi. Çünki bu, taktiki dəyişiklik deyildi. Yeniləri buraxdıq ki, bəlkə onların bəxti gətirə, top dəyib qapıya girə”.


Abasov milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Sumqayıt”ın heç bir futbolçusuna dəvət göndərməməsinə də münasibət bildirib: “Prosineçki heç kimi çağırmırsa, buna haqqı var. Demək ki, layiq deyillər”.


Fanat.Az



Teqlər:  Belə meydançada nəinki oynamaq gəzmək çətindir Samir Abasov



RƏYLƏR


Top xəbərlər