Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat sərvətinin yarsını kasıblara bağışladı - FOTOLAR

Deputat sərvətinin yarsını kasıblara bağışladı - FOTOLAR

Date: 5 November 2016 17:03

Dünyanın ən tanınmış və varlı boksçuları arasında yer alan Filippindən olan idmançı Manny Pacquiao indiyədək kasıblara 200 milyon dollar pul bağışlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Filippin xalqının çempionu” ləqəbini qazanan boksçu Manny Pacquiao kasıblar və kimsəsizlər üçün hazırlanan layihələrdə yaxından iştirak etdiyini söyləyib.

O boks yarışlarından qazandığı vəsaitin tam yarısını kimsəsizlərə və pula ehtiyacı olan adamlara sərf etdiyini bildirib: “Qazandığım pulların yarısını kasıb əhaliyə bağışlayıram. Hər döyüşümdən sonra gəlirlərimin yarısını kasıblara bağışlamaq üçün ayırıram. Ancaq bunu söyləməkdən xoşum gəlmir. Hazırda 37 yaşım var və 21 ildir ki, boks yarışlarında iştirak edirəm. Hətta, bir zamanlar boksdan getmək istəsəm də, kasıblara yardım etmək üçün bu fikrimdən vaz keçmişəm. Ötən il Filippin senatının üzvü seçilmişəm və 15 fərqli komitələrdə təmsil olunuram. Siyasi fəaliyyətimin sıx olması üzündən Jessie Vargas ilə keçirəcəyim yarışa da yaxşı səviyyədə hazırlaşmamışam”.

Xatırladaq ki, Manny Pacquiao peşəkar karyerası dövründə indiyədək 66 döyüş keçirib ki, bunun da 58-də qələbə qazanıb, 6-da məğlub olub, 2-də isə bərabərə qalıb.

Manny Pacquiaonun adı 500 milyon dollarlıq sərvəti ilə “Forbes” jurnalının tərtib etdiyi “dünyanın ən varlı adamları” siyahısına düşüb.

Vasif Həsənli










Tags:  Deputat sərvətinin yarsını kasıblara bağışladı FOTOLAR

RƏYLƏR


Top news