"Siz son xəbərləri oxudunuz" - VİDEO

"Siz son xəbərləri oxudunuz" - VİDEO
17:22 5 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az APA TV-yə istinadən bildirir ki, bu il öz sözünü deyə bilən, öz fərqli dəst-xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən Azərbaycan radiosunun 90 yaşı tamam olur. Milli radiomuz 90 ildir Azərbaycan dinləyicisi ilə yol gəlir. Bir əsrə yaxın tariximizlə birgə yol gələn radionun canlı əfsanələri ilə görüşmək, belə sənət adamlarının yaradıcılığı ilə yaxından tanışlıq isə qismətdir, hər kəsə nəsib olmur. Azərbaycan radiosunun 90 illik yubileyi ərəfəsində respublikanın əməkdar artisti Əli Məhəmmədoğlu , əməkdar jurnalist , siyasi icmalçı Yasin Qaraməmmədli və əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı ilə efirdə görüşdük.
 
Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.
Respublikanın əməkdar artisti diktor Əli Məhəmmədoğlu deyir ki, onun üçün Azərbaycan radiosu doğma ocaqdır, evdir. Azərbaycanda radio yayımın genişlənməsinə,  özəl və internet radioların çoxalmasına baxmayaraq, dalğalar arasında "Ana radio" öz danışıq üslubu, nəfəsi ilə tanınır.
 
"Mənim üçün iki gözəl bayram var. Biri bizim milli bayramımız olan Novruz bayramı, ikinci isə Azərbaycan radiosunun efirə vəsiqə aldığı gündür. Bu 90 ilin 50 ili mənim payıma düşür. Bunu böyük fəxarətlə deyirəm, elə bilirəm özümün yubileyimdir. Mənim diktor kimi yetişməyimdə rəhmətlik Ramiz Mustafayevin böyük əməyi olub. O qədər sıxıntı vardı içimdə, nə qədər istəyirdilər məni diktor kimi təqdim etsinlər, o sıxıntı imkan vermirdi. Ramiz müəllim məni burda hazırlamaqla yanaşı evinə də dəvət edirdi ki, o sıxıntı, xof içimdən çıxsın.  Həmişə onları böyük minnətdarlıq hissi ilə xatırlayıram. Bu gün nəyə nail olmuşamsa, hamısı ustadlardan öyrəndiklərimdir" .
 
Əli Məhəmmədoğlu özü də efirə gələn hər gəncin yüksək səviyyədə hazırlıq keçməsi üçün saatlarla vaxt ayırır. Ömrünün düz 50 ilini doğma ocağa bağlayan Əli Məhəmmədoğlu deyir ki, ötən illər onun radioya olan sevgisini nəinki azaltmayıb, əksinə o özünü efirsiz təsəvvür belə edə bilmir. Əli müəllimi yaxından tanıyanlar bilir ki, o həm də duzlu-məzəli əhvalatları xüsusi zövqlə danışır. Biz də əlimizə düşən bu fürsəti qaçırmırıq.
 
"Bu mənim öz başıma gəlməyib, radioda eşitdiyim bir hadisədir. Rəhmətlik Hicran Hüseynovu radioya təkmilləşdirməyə göndərmişdilər. Radioda Əsmər Yusifzadə  ilə birgə saat 17.00 efirində xəbər oxuyurdular. "Son xəbər"i oxuyub bitirdilər, sonluğu demək Hicrana düşmüşdü. Hicran dedi ki, siz son xəbərləri oxudunuz. Dinlədiniz əvəzinə oxudunuz dedi. Hər ikisi duruxdu, bu zaman Əsmər mikrofonu söndürüb ki, efir bitdi. Hicran özünü itirdiyindən yenidən mikrofonu yandırır və canlı efirdə: "Bu nə idi, aaazzz?" - deyə Əsmərə müraciət edir".
 
Bu gün Azərbaycan radiosunda qocaman jurnalist, siyasi icmalçı Yasin Qaraməmmədlinin apardığı  "Dünya bu gün" icmalı auditoriyada reytinq qazanan verilişlər sırasındadır. Veriliş 50 ildən artıqdır efirdədir. Yasin müəllim bu günə kimi efirdə canlı çıxış edir.
 
"Düz 52 ildir radiodayam. Daha doğrusu 52 illiyim noyabrın 2-də tamam oldu. 52 il efir ömrü mənasında böyük rəqəmdir. Bununla fəxr edirəm. 2001-ci ildə mənə Zərdabi mükafatı veriləndə qəzetlərdən biri mənim haqqımda yaxşı bir yazı yazmışdı. Sərlövhəyə "Efirdən səsim gəlirsə, bu mənim  ən böyük mükafatımdır" başlığını çıxarmışdılar. Doğrudan da belədir. Efir ömrümüzə düşən ən gözəl mükafatımızdır".
 
Azərbaycan radiosu müxtəlif məzmunlu proqramlarla dinləyicilərini görüşünə gəlir. Radionun Ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı ömrünün 36  ilini doğma ocaqda, Azərbaycan radiosunun doğma divarları arasında keçirib.
 
"Yasin müəllim düz deyir, bizim ən böyük mükafatımız elə efirdir, eyni zamanda əməyimizə verilən qiymətdir. Azərbaycan dövləti tərəfindən də həmişə dəyərləndirilmişik. Bu gün sizə bir sirri açmaq istəyirəm ki, radionun efirində 10 ildən çox, 90-cı illərdə müstəqilliyimizi yenidən qazandığımız çağlarda səhər-səhər himndən sonra Azərbaycan xalqını mənim səsim salamlayıb. Onlarla səs içindən mənim səsim seçildi. Bu gün də böyük qürur hissi ilə deyirəm ki, möhtəşəm himndən sonra xalqı mən salamlamışam. Efirdən "sabahınız xeyir olsun" demək nəsib olubsa, bizdən xoşbəxt adam varmı görəsən?"
 
Azərbaycan radiosunun baş diktoru Ofelya Sabirqızı isə hesab edir ki, radio diktoru olmaq çətin peşədir.
 
"Çünki sənin üzünü görmürlər, səsini eşidirlər. Bilirsiniz, bizim nə qədər dinləyicilərimiz var? Düz 30 ildir buradayam. Təsəvvür edin ki,  bəzən əhvalsız səhər efirinə çıxırsan, efirə çoxsaylı zənglər olur, dinləyicilər o qədər xoş sözlər deyir ki, istər-istəməz əhvalın yaxşılaşır. Bizi saxlayan dinləyicilərimizin bizə olan sevgisidir".
 
Radioda diktorlarla yanaşı, illərlə  efir təcrübəsi olan jurnalistlərin əməyindən də  geniş istifadə edilir.
 
"Çələng" musiqili informasiya proqramının qonağı oluruq. Müəllif Dilşad Tahirqızı verilişin növbəti sayını hazırlayır. Ömrünün düz 24 ilini Azərbaycan radiosuna bağlayıb. Dilşad xanım deyir ki, radioya tələbəlik illərindən gəlib.
 
"Mən artıq radioda üçüncü yubileyi qarşılayıram.  İlk dəfə gələndə 70 illiyi qarşılayırdıq. Onda hələ tələbə idim, cavan idim. 80 illik yubileydə buranın əməkdaşı idim, imzam tanınırdı. Artıq 90 illik yubileyimizi qeyd edirk. Bu illər ömrümüzdən necə gəldi, keçdi, onu heç hiss edə bilmədik. Biz bura taleyimizi bağlamışıq. Bunu pafos xətrinə deməmişik. Radio bizim taleyimizdir. Biz bura adi iş yeri kimi baxmadıq. Əgər bu məbədə kərpic qoyanlardan biri də biziksə, onda özümüzü çox xoşbəxt saya bilərik".
 
Dinləyicilərin efirdən sevə-sevə izlədiyi "Söz naxışı" verilişinin müəllifi Günel Natiq də 20 ilə yaxındır radioda çalışır.
 
"20 ilə yaxındır radiodayam. Bəzən fərqinə varmasam da, bir də görürəm ki, artıq xeyli müddət keçib. Ömürdən gedib, amma qürur duyuram ki, illərimizi  bu gözəl peşəyə həsr etmişik. Hazırda "Söz naxışı"nın montajı gedir. Bu proqram çox sevilir. Sözün qədim yaddaşından soraq gətiririk".
 
Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq 90 YAŞLI RADİOMUZ! Azərbaycan radiosunun 90, Azərbaycan televiziyasının 60 illiyi münasibətilə bu sahədə çalışan bütün həmkarlarımızı təbrik edirik! Uğurlarınız bol olsun!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12

Sizə sevgili lazımdır?

23 Aprel 2017 22:11