"Barselona"da oynamaq istəsəydim, orada qalardım"

"Barselona"da oynamaq istəsəydim, orada qalardım"
17:27 5 Noyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın 21 yaşlı müdafiəçisi Ektor Bellerin London klubunda xoşbəxt olduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "Barcelona"nın ona maraq göstərməsinə münasibət bildirərkən bunları deyib:

""Barcelona"da oynamaq istəsəydim, orada qalardım. "Arsenal" mənə maraq göstərəndə çox şad oldum və buraya keçməyə qərar verdim. Geri baxmıram, sadəcə hazırki komandama kömək etmək istəyirəm. Böyük klubların diqqət mərkəzində olmaq futbolçuya həmişə xoşdur. Müqaviləmin bitməsinə hələ 3 il var. Hər həftə meydana çıxıb daha yaxşı oyun göstərməyək və "Arsenal"la titul qazanmağa ümid edirəm. Müqaviləmi yeniləməyə tələsmirəm. Özümü Londonda rahat hiss edirəm. Uzun müddət bu klubda oynamaq istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR