Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrina Şeyk və sevgilisi toya hazırlaşır - fotolar

İrina Şeyk və sevgilisi toya hazırlaşır - fotolar

Date: 5 November 2016 17:36

Son illərdə dünyanın ən çox müzakirə edilən modellərindən olan İrina Şeykin ərə getməyə hazırlaşdığı deyilir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, iki ildir sevgili olduğu Hollivud aktyoru Bredli Kuperlə ailə qurmaq fikrindədir. Bir neçə gün əvvəl İrinanın Bredlinin anası Qloria Kampano ilə birlikdə görünməsi bu iddiaları bir qədər də sürətləndirib.

Birlikdə alış-veriş edən ikili səmimi münasibətləri ilə diqqqət çəkiblər. Kuperin anası oğlu ilə İrinanın bəzi səyahətlərində də onların yanında olub.

Dostlarının dediyinə görə 30 yaşlı Şeyk və 41 yaşlı Kuper toy, evlilik və uşaq barədə düşünürlər. Onlar kameralar qarşısında birgə az görünsələr də, gözəl münasibət yaşayırlar. Cütlüyün ailə üzvləri və yaxın dostları ilə birgə tətilə çıxmağa hazırlaşdıqları deyilir.






Tags:  İrina Şeyk sevgilisi toya hazırlaşır fotolar


RƏYLƏR


Top news