Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heni istəmirlər

Heni istəmirlər

Date: 5 November 2016 17:57

Koreya Respublikasının paytaxtı Seulun mərkəzində, polisin məlumatına görə, 43 min, təşkilatçıların məlumatına görə isə 100 minə yaxın adam korrupsiya qalmaqalına görə ölkə prezidenti Pak Kın Henin istefası tələbi ilə nümayiş keçirir.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, mitinq və yürüş zamanı asayişi 20 minə yaxın polis qoruyur. Onlara təxribatlardan yayınmaqla bağlı ciddi təlimat verilib.
Bununla belə, polis toqquşma olacağını istisna etmir. Belə ki, etirazçıların bir qismi prezident sarayı istiqamətində polis kordonlarını yarmağa çalışır.
Cümə günü açıqlanan məlumatlara görə, prezidentin reytinqi rekord səviyyədə aşağı - 5%-ə düşüb.

Milli.Az


Tags:  Heni istəmirlər

RƏYLƏR


Top news