Ukraynalı gözəlin Bakıda oğlanların başına açdığı ŞOK OYUN

Ukraynalı gözəlin Bakıda oğlanların başına açdığı ŞOK OYUN
18:03 5 Noyabr 2016
421 Ölkə
Ölkə mətbuatı
A- A+

İnternetdə tanış olmuşduq. Adı Olya idi, ya da bu ad altında gizlənirdi. Onu dəqiq deyə bilmərəm, amma fotolarda Ukrayna qızlarına çox oxşayırdı. Deyirdi ki, çox bədbəxtdir, hətta bədbəxtlikdə türk gözəli Mətləm Hakarar belə ona çata bilməz...

(1988-ci ildə Türkiyə gözəli seçiləndən sonra məşhurlaşan, sonda isə səfil həyatı yaşayan qızı deyir).

Gözəlliyi ilə dünyanı silkələyən, kişilərin ağlını alan türk gözəlin bədbəxt həyatı - FOTOLAR

Gözəlliyi ilə Rusiyanı silkələyən, hətta Cem Yılmazın da qəlbini fəth edən türk qızı

Uzun söhbətlərdən sonra bədbəxtliyini bir-bir danışdı.

Bu qız vaxtilə aktrisa olmaq istəyirmiş. Bir gün rejissorun yanına gedir və buna deyirlər ki, məşhurlaşmaq, pul qazanmaq istəyirsənsə, soyunmalısan. Etiraz edəndə də deyiblər ki, “kimlər soyunmur ki. Indi Hollivudda qırmızı xalıya çıxan Mila Kunis də ora gəlib çatana kimi əynində paltar qalmayıb”.

Gənc aktrisadan ŞOK SÖZLƏR: “Soyunmasan və kişilərin istədiyini verməsən...” - FOTOLAR

"Hər bir qadın kişilərin qaydaları ilə oynamaq, onların istədiyini vermək məcburiyyətindədir”.

Bunu eşidəndən sonra razılaşıb. Elə o soyunmaqla da bir daha geyinməyə paltar tapmayıb. Amma aktrisa da ola bilməyib. Xəbər oxuyub ki, ölkəyə ən sərt qış gəlir.

Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?

“Azərbaycanda ən qarlı və soyuq hava 1949, 1967, 1972 və 2012-ci illərdə müşahidə edilib. Bunlar ən soyuq illər hesab edilir”.

Başlayıb özünə sığınacaq və iş yeri axtarmağa. Gəlib çıxıb Nizami metrosunun yaxınlığında zirzəmidə yerləşən bir kafeyə...

... Məni də həmin kafeyə dəvət edirdi ki, görüşək, danışaq, dərdləşək. Mən dediyi ünvana getdim. Açığı, sadəcə bu qızın kədərli həyatına şərik olmaq, dərlərini bölüşmək, bir də əlimdən gələn qədər kömək etmək istəyirdim. Başqa heç nə düşünməyin. Ünvana çatanda məni qarşıladı. Zirzəmiyə düşdük, nə içərsən dedi, çay dedim. Çay gətirdi və bir azdan gələcəyini deyib getdi. Bir, iki, üç, dörd stəkan çay içdim, beşincini içəndə ofisiant yaxınlaşdı. Hesabı verirdi. 557 manat, 49 qəpik.

Səbəbini soruşmadım, çünki düşdüyüm tələni anlamışdım. Bircə yol qalmışdı ki, aradan çıxım. Əlimi saldım cibimə 1 manat çıxarıb masanın üzərinə qoydum. Ofisianta da dedim ki, üstü qalsın. 1 manatdan qalan 51 qəpiyi nəzərdə tuturdum. Ofisiant özünə gəlməmiş özümü zirzəmidən bayıra atıb, qaçmağa başladım. Bir də evə çatanda dayandım. Sonra da eşitdim ki, həmin kafeni fırıldaqlarına görə bağlayıblar...

Bu, bir oxucumuzun başına gələnlər haqda bizə danışdıqlarıdır. Söhbət Nizami metrosunun yaxınlığındakı zirzəmidə yerləşən məşhur gizli kafedən gedir.

Qızların kişiləri tələyə saldığı zirzəmidəki GİZLİ KAFENİN son halı – FOTOLAR/VİDEO

Hər şey Emil Əmiraslanov adlı Bakı sakininin bir qrup fırıldaqçının əməlini üzə çıxarması ilə başladı.

Bu həftə həmin gizli kafe sözün əsil mənasında gündəm oldu. Başına gələn, gəlməyən, hamı bu haqda danışırdı. Sosial şəbəkələrdə geniş müzakirələr açıldı, fikir mübadiləsi aparıldı, nələr-nələr yazıldı. Sosial şəbəkə istifadəçilərindən birinin yazdığı sözlər isə həftəyə işıq tutmaq üçün yaxşı ifadələr arasında ilk sırada qərarlaşıb.

“Həyatdır, nələr olmur ki. Qızlar kişiləri aldadır, dünyada müharibələr gedir, insanlar özlərinə toy edir, boş verin getsin”.

İstifadəçi elə yazmışdı, amma nə düşündüyünü, yaxud nəyi nəzərdə tutub belə yazdığını müəyyən etmək çətindir. Amma o sözündə həqiqət var ki, “həyatdır, nələr olmur ki?!”.

Vaxtilə Amerikaya meydan oxuyan, İsraili Yer üzündən silməyə hazırlaşan adam indi əlində dəyənəyi ilə çobanlıq edir.

Keçmiş prezident çoban oldu - FOTO

Əhmədi Nejat çobanlıq edir

Vaxtilə çobanlıq edən qız isə indi Fransada sayılıb-seçilən nazirlərdən biridir. Kiminin əvvəli, kiminin axırı.

Çoban qadın Fransanı necə ovsunlayıb nazir oldu? - FOTO/VİDEO

İnsan həyatda bir çox arzularına qovuşa, məqsədinə nail ola bilər

Cinsiyyətini dəyişib özünə toy edən, sonra da küçənin tinində tikə-tikə doğranan 25 yaşlı oğlan azərbaycanlı çıxdı.

DƏHŞƏTLİ CİNAYƏT: Cinsiyyətini dəyişərək evlənən azərbaycanlı tikə-tikə doğrandı (VİDEO/FOTO)

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

Ərdoğanı devirmək üçün hər yola atan, devirmə bilmədiyi üçün də xəstə yatağına düşən FETÖ lideri Gülənin ölüm xəbəri yayıldı.

Fətullah Gülən öldü? - FOTO

Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən ölüb.

Ərdoğan isə “odda yanmaz, suda batmaz” Polad Əlamdarın “qələmini qırdı”.

Ərdoğan "Polad Ələmdar"ın “qələmi”ni qırdı

Bundan başqa, “Ərdoğan” yazılı məzar daşının göstərildiyi serial barəsində istintaq başlayıb.

Beləcə, həftəni başa vurduq. Gələn həftə isə deyəsən, dünyanın gedişatı dəyişəcək.

Üç gün sonra ikinci "11 sentyabr” OLACAQ: Yeni müharibələr dövrü başlayır

Noyabrın 8-i Amerikada prezident seçkiləridir. Məlumatlar var ki, böyük terror olacaq, ABŞ da yeni müharibələrə başlayacaq. Nəyisə, hələ böyük müharibələrin başlanmasına üç gün var. Ona qədər çalışın istirahət edin.

Nəriman


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR