Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Zlatan çox imkanları qaçırır"

"Zlatan çox imkanları qaçırır"

Date: 5 November 2016 18:17

"Manchester United"in çalışdırıcısı Joze Mourinyo Zlatan İbrahimoviçin formada olmaması barədə fikirlə razılaşmır. Goal.az xəbər verir ki, portuqal mütəxəsis son görüşdən başqa digər qarşılaşmalarda onun faydalı oynadığını qeyd edib.

"Zlatan komanda üçün faydalı oynayır. O, bir sıra vəziyyətlər yaradır. Amma çox imkanları da qaçırır. "Stoke City", "Liverpool", "Chelsea", "Burnley" ilə oyunlarda çox da fərqlənə bilmədi. Öz hərəkətləri və komanda işinə görə seçildi. Eyni sözləri "Fenerbahçe" ilə oyuna aid edə bilmərəm. Lakin Premyer Liqada qol vurmadığı oyunlarda belə yaxşı təsir bağışlayır. Onun işinə yanaşması yüksək səviyyədədir. Bu insan məsuliyyətdən qorxmur. Buna görə heç bir problem yoxdur".

Milli.Az


Tags:  Zlatan çox imkanları qaçırır

RƏYLƏR


Top news