Sakinlər tapdıqları silah-sursatı polisə təhvil veriblər

Sakinlər tapdıqları silah-sursatı polisə təhvil veriblər
18:24 5 Noyabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayon sakini Elsevər Əhmədov və Yasamal rayonu ərazisində yaşayan Xalid Ağayev silah-sursat tapıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, E.Əhmədov Yasamal rayonunun İzmir küçəsində söküntü işləri apararkən tapdığı alışqansız "F-1" qumbarasını, Yasamal rayonu ərazisində yaşayan Xalid Ağayev isə evinin qarşısında olan tikilidən tapdığı "RPK" markalı pulemyotu 27-ci PB-yə təhvil veriblər.

 

Bundan başqa, Babək rayon sakini Həsən Əjdərov da tapdığı "Mauser" və "Savage Quality" markalı tapançaları və 72 ədəd müxtəlif çaplı patronu Naxçıvan MR DİN-ə təhvil verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR