15 min qonağın nar sevinci

15 min qonağın nar sevinci
18:42 5 Noyabr 2016
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Göyçay rayonunda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib. APA-nın xəbərinə görə, dövlət və hökümət nümayəndələrinin, Milli Məclisin 10-a yaxın deputatının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, ümumilikdə 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələrin, yarmarkaların təşkili xüsusilə yadda qalan olub. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, artıq 11-ci dəfədir təşkil edilən bayram rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. O əlavə edib ki, bayram prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin noyabrından keçirilir.

Bayramın iştirakçıları əvvəlcə musiqi sədaları altında qarşılanıb, qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar.
 
Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yadda qalan edib.
 
Festival öz rəngarəngliyi ilə əvvəlki illərdə təşkil olunan tədbirlərdən xeyli fərqlənib. Sərgi ilə tanış olan qonaqlara məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq nəticəsində və havaların əlverişli keçməsi bağlarda bol məhsulun yetişməsinə səbəb olub. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60%-i Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər, daha çox nar şirəsi istehsal edərək xarici ölkələrə ixrac edirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 3970 hektardan artıq sahədə nar bağı var.
 
Yerli və xarici qonaqlar tədbirin keçirildiyi Göyçay şəhər stadionunda hazırlanan sərgi masalarına yaxınlaşaraq isti təndir çörəyinin, müxtəlif sortdan olan narların və onlardan hazırlanan məhsulların, eləcə də pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatıların dadına baxıblar. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.
 
Qonaqlar nar sərgisində rayonun 30-dan çox kəndində narçılıqla məşğul olan insanların yetişdirdikləri müxtəlif sort nardan hazırlanan məhsullara baxış keçirib, yerli müəssisələrdə istehsal edilən meyvə şirələrinin keyfiyyəti ilə maraqlanıblar.
 
Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və ətəşfəşanlıq olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38

Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib

20 Avqust 2017 17:37

Dünya çempionunu küçədə belə öldürdülər

20 Avqust 2017 17:28

Aleksandr Səmədov üzr istədi

20 Avqust 2017 17:27

“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub

20 Avqust 2017 17:24

İran parlamenti Ruhaninin namizədini dəstəkləmədi

20 Avqust 2017 17:19

Son aylar ərzində ən çox satılan telefon məlum olub

20 Avqust 2017 17:14

Xəzərdə ölümlə üzləşən 3 nəfər xilas edildi

20 Avqust 2017 17:09

Azərbaycanda toy vaya döndü - Toy karvanındakı maşın 4 qonağı vurdu - FOTO

20 Avqust 2017 17:03

Cüdoçularımız universiada ilk qızıl medalı qazandı

20 Avqust 2017 16:59

Rusiyada zəlzələ baş verib

20 Avqust 2017 16:58

"Barselona"dan gözlənilməz transfer

20 Avqust 2017 16:57

"Apple"dəki hissələrini 800 dollara satan insanın bəxtsizlik HEKAYƏSİ

20 Avqust 2017 16:53

Livan əsgərləri Suriya ilə sərhəddə minaya düşüb: ölənlər var

20 Avqust 2017 16:47

Bülənt Ərsoyun 40 minlik istirahəti

20 Avqust 2017 16:46

Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub

20 Avqust 2017 16:43

Beynəlxalq sərgi zamanı terror

20 Avqust 2017 16:37

Bu şəhərdə hasar çəkmək, itləri zəncirdə saxlamaq qadağandır - FOTO/VİDEO

20 Avqust 2017 16:33

Rusiyada zəlzələ olub

20 Avqust 2017 16:32

Qadın müəllim həyat yoldaşını bıçaqladı

20 Avqust 2017 16:21

Dünya şokda: Hamilə ikən hamilə qaldı - FOTOLAR

20 Avqust 2017 16:18

Əməkdar artistin evi başına uçdu

20 Avqust 2017 16:11

30 milyon manatlıq 1 cüt sırğa - FOTO

20 Avqust 2017 16:08

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

20 Avqust 2017 15:57

“Dihaj” Bakının mərkəzində pulsuz konsert verdi

20 Avqust 2017 15:54

Fasiləsiz televizor izləmək xəstəlik yaradır

20 Avqust 2017 15:50

"Barselona"dan sürpriz Arda Turan qərarı

20 Avqust 2017 15:47

Belə də olur - Ər və arvad eyni oğlana aşiq oldu

20 Avqust 2017 15:43

Suriyada beynəlxalq sərgi atəşə tutulub, ölənlər və yaralananlar var

20 Avqust 2017 15:42

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib

20 Avqust 2017 15:40

Bineli Yıldırım: "Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib"

20 Avqust 2017 15:37

“Körpə gəzintidə” filmi gerçək oldu

20 Avqust 2017 15:33

30 ildən sonra belə istirahət edə bilərik - FOTOLAR

20 Avqust 2017 15:23

Ən sürətlə arıqladan dietik üsul

20 Avqust 2017 15:23

Ağcabədidə "Mercedes" yanıb

20 Avqust 2017 15:14

Nəcməddin Sadıkov prezident İlham Əliyevə raport verdi

20 Avqust 2017 15:13

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

20 Avqust 2017 15:12

İraqda iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 15:07

Məşhur aktyor sevişmə səhnəsindən danışdı

20 Avqust 2017 15:04

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT

20 Avqust 2017 14:58

Burkino-Fasoda terror aktı zamanı öldürülənlərin sayı 19-a çatıb

20 Avqust 2017 14:52

Dənizdə boğulmaq üzrə olan şəxs xilas edilib

20 Avqust 2017 14:52

İran-İraq müharibəsi başa çatıb

20 Avqust 2017 14:41

Məşhur amerikalı aktyor və yazıçı vəfat edib

20 Avqust 2017 14:39

Yaşı 3 milyard ildir: İDDİA TƏSDİQLƏNDİ - VİDEO

20 Avqust 2017 14:38

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

20 Avqust 2017 14:37

Köpəkbalığının yeni növü aşkarlandı

20 Avqust 2017 14:28