Ceki Çan Moskvaya gedir

Ceki Çan Moskvaya gedir
18:57 5 Noyabr 2016
187 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli aktyor Ceki Çan Moskvaya səfərə gedəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Honkonqda doğulmuş məşhur aktyor Rusiya paytaxtında Çin kinosu festivalının açılışında iştirak edəcək.
Kinoforumun təntənəli açılış mərasimi noyabrın 8-də keçiriləcək.
Festivalın ilk günü qonaqlara Ceki Çanın baş rolu ifa etdiyi "İz ilə" komediyalı döyüş filmi nümayiş etdiriləcək. Tamaşaçılar həmçinin 2015-2016-cı illərdə çəkilmiş müxtəlif janrlı Çin filmlərini də izləyə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR