ABŞ və Rusiya arasında yeni “Karib böhranı” yetişir?

ABŞ və Rusiya arasında yeni “Karib böhranı” yetişir?
19:12 5 Noyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və Rusiya arasında ticarət məhdudiyyətləri aradan qaldırıldı (03 May 2017 18:50)

Son aylarda Suriyada baş verən hadisələr və bu müstəvidə Rusiya bombardmançı təyyarələrinin Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olan Hələbi vəhşicəsinə bombalamaqda davam etməsi beynəlxalq aləmdə özünəməxsus şəkildə sərt reaksiyalara səbəb olmaqdadır. İş orasındadır ki, Rusiya qırıcı təyyarələrinin əsas hədəfi yalnız hərbi obyektər deyil, həm də mülki yaşayış binaları, xəstəxanalardır. Son məlumatlara görə, Rusiyanın Hələbə endirmədkdə davam etdiyi hava zərbələri nəticəsində şəhərin böyük hissəsi xarabazara çevrilib, minlərlə dinc sakin bu vəhşiliyin qurbanı olub. Rusiyanın müəyyən fasilələrdən sonra Hələbdə yenidən fəallaşması isə əslində təsadüfi deyil. Belə ki, Putin rejiminin və İranın müdafiə etdiyi Əsəd rejiminin taleyi məhz Hələbin ələ keçirilməsindən asılıdır. Eyni zamanda Hələb başda ABŞ olmaqla Əsəd əlehdarı koalisiya gücləri üçün də strateji baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Hazırda İŞİD-in nəzarəti altında olan Hələbə ABŞ və koalisiya güclərinin də nəzarət etmək istəyi isə öz növbəsində Vaşinqtonla Moskva arasında yeni gərginliyə gətirib çıxarıb. Rusiyanın son günlərdə ABŞ başda olmaqla koalisiya güclərini qabaqlamaq və Hələbə nəzarəti ələ keçirmək üçün hərbi hava güclərini yenidən fəallaşdırması Vaşinqtonu da hərəkətə keçməyə məcbur edib. Bununla bağlı ABŞ-ın siyasi dairələrinə yaxın olan "Vaşinqton Post" qəzetinin yazdığına görə, Əsəd rejimini və onun müttəfiqi Rusiya ilə İranı sülh danışıqlarına məcbur etmək üçün Obama rejimi anti iqtidar güclərinə hərbi dəstəyi artırmaq, həmçinin bölgədə hərbi əməliyyatları genişləndirmək niyyətindədir. Bu məqsədlə son bir həftədə demək olar hər gün Obamanın yanında yüksək səviyyəli hərbiçilərin iştirakı ilə Suriya ətrafındakı vəziyyətdən çıxış yolları axtarılır. Əsəd rejimini müdafiə edən güclərin cəbhədə də hücum əməliyyatlarını genişləndirməsinə cavab olaraq Obama administrasiyası Suriya iqtidarının nəzarəti altında olan hərbi strateji obyektlərə hava zərbələri endirməyi planlaşdırıb. Obama rejimi buna uyğun olaraq Əsəd əlehdarı güclərə hərbi və hərbi-texniki yadımları da artırmaq niyyətindədir. Vaşinqton iqtidar əlehdarı güclərə müasir hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri vermək niyyətində olduğunu da artıq gizlətmir.

ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır

ABŞ-la Rusiya arasında gərginliyin tədricən pik həddinə çatmaqda olduğunu Vaşinqtonun Moskva ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırması da göstərməkdədir. Belə ki, oktyabrın 4-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib ki, ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır.

Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. "Bu bizi çox təəssüfləndirir",- deyə C.Kirbi bildirib.

Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri tam şəkildə kəsməyəcək.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.

Beləliklə, Suriya münaqişəsi ətrafında ABŞ və Rusiya arasında vəziyyətin gərginləşməsi istiqamətində atılan ilk addım bölgədə hadisələrin təhlükəli istiqamətdə inkişaf edəcəyini göstərən ilk siqnal oldu. İki ölkə arasında Suriya böhranı ətrafında hadisələrin get-gedə gözlənilməz istiqamətdə inkişaf edəcəyini göstərən digər bir sübut isə oktyabrın 6-da Ağ Evin mətbuat katibi Coş Ernestin verdiyi digər bir bəyanat oldu. Coş Ernest bu bəyanatında Vaşinqton tərəfindən Suriya ordusuna zərbələr endirilə biləcəyinin istisna edilmədiyini açıq şəkildə bəyan etdi.

"Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox güman ki, milli maraqlarımıza zidd olacaq və gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm", - deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.

Qeyd edək ki, bundan əvvəl də ABŞ mətbuatında Vaşinqtonun Suriya ordusuna zərbələr endirilməsi imkanının nəzərdən keçirdiyinə dair məlumatlar yayılmışdı.

Təbii ki, son 10-12 ildə yenidən dünya ağalığı uğrunda ABŞ-la mübarizəyə başlayan Moskva Vaşinqtonun bu hədələrini cavabsız qoya bilməzdi. Elə də oldu.

Oktyabrın 6-da Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişinı dayandırdığını bəyan etdi. Bununla bağlı Rusiya hökumətinin saytında yayılan məlumatda ABŞ-ın istənilən addımına layqili və yetərincə cavab veriləcəyi xüsusi vurğulanıb. Məlumatda qeyd edilirdi ki, istər Suriya böhranına, istərsə də Ukrayna münaqişəsinə münasibətdə Vaşinqtonun Rusiya əleyhinə atacağı addımlara qarşı müvafiq cavab tədbirləri hazırlanır və bunun məsuliyyəti də qarşı tərəfin üzərinə düşəcək. Öz növbəsində qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir. Qeyd edək ki, adı çəkilən saziş Rusiya və ABŞ arasında 2013-cü ildə Vyanada imzalanıb.

Yeni "Karib böhranı"nın bir addımlığında

ABŞ-a münasibətdə Rusiyanın hansı cavab addımları ata biləcəyi barədə Qərbdə diskussiyaların getdiyi bir vaxtda Rusiya prezidenti Putin Vaşinqtonu nüvə müharibəsi ilə təhdid etmək anlamına gələn ilk cavab zərbəsini hazırlamağa başlayıb. Belə ki, oktyabr ayının 8-də Putinin əmrinə əsasən, nüvə başlıqlı raketlərlə təchiz edilən qırıcı-bombardmançı Rusiya təyyarələri ABŞ-ın sərhədlərinə yaxın ərazilərə göndərilib. Hazırda Rusiya ordusuna aid olan və nüvə başlıqları ilə təchiz edilmiş təyyarələr Amerika sərhəddinə yaxın ərazilərə uçuşlar edir. Bu barədə məlumat verən "Dailystar.co.uk"'un yazdığına görə, Putin lazım gəlsə ABŞ-la müharibəyə belə girməkdən çəkinməyəcək: "İki super güc arasındakı münasibətlər son günlərdə yaşanan Suriya böhranı üzündən daha da gərilməyə başlayıb. Bundan sonra Kremlin rəhbəri Putin rus xalqına "savaşa hazırlıqlı olun!" xəbərdarlığını elədi. Eyni zamanda, o, uzun mənzilləri vurmaq gücünə sahib olan "Blackjacks" və "Bears" adlı bombardman təyyarələrini soyuq savaş dönəmində olduğu kimi, yenidən ABŞ sərhədlərinə yaxın bölgələrə göndərmək əmrini verib. Rusiya, həmçinin TU-95Ms və TU-22M3s model strateji bombardman təyyarələrini də Havay və Yaponiyadakı Guam adasında olan ABŞ hərbi bazasına yaxın ərazilərə daşımaq hazırlığını yekunlaşdırmaq üzrədir".

"Dailystar.co.uk"'un qeyd etdiyinə görə, Rusiyanın ABŞ-ın Guamdakı hərbi bazasına qarşı daha diqqətli və həssas olmasının səbəbi də var. Belə ki, ABŞ bir neçə gün əvvəl gizli formada bu bazaya nüvə silahı daşıya bilən bombardmançı təyyarələr gətirib. Bu isə Rusiyada birmənalı qarşılanmır.

Amma son məlumatlara görə Rusiya yalnız ABŞ sahillərinə nüvə başlıqlı daşıyan bombardmançı təyyarələrini göndərməklə kifayətlənmək niyyətində deyil. Suriya və Ukrayna böhranına görə əmələ gələn vəziyyətdən narahat olan Rusiya son bir neçə gündə minlərlə əsgər və zirehli texnikasını da ölkənin Baltik dənizinin yaxınlarına cəmləşdirməkdədir. Buna paralel olaraq, qitələrarası ballistik nüvə başlıqlı raketlər isə tələm-tələsik Rusiyanın qərbindəki sərhədlərinə yerləşdirilir.

Bütün bunlar isə soyuq müharibə dövründə Kuba ətrafında ABŞ-la SSRİ arasında əmələ gələn "Karib böhranı"nı xatırladır. O vaxt SSRİ ilə ABŞ nüvə müharibəsinin bir addımlığında idilər. Yalnız son anda tərəflər qarşılıqlı şəkildə güzəştlərə gedərək nüvə müharibəsi təhlükəsinin qarşısını ala bildilər. İndi də iki ölkə arasında analoji hadisələr Suriya və Ukrayna böhranı ətrafında cərəyan etməkdədir.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ və Rusiya dünyanı istənilən an məhvə sürükləyə biləcək nüvə silahlarına sahibdirlər. Bu müstəvidə də SSRİ və onun varisi Rusiya dəfələrlə əlindəki nüvə silahından istifadə edərək, Qərbi təxibata çəkərək onlara təzyiq göstərməyə cəhd ediblər. Putin Rusiyada hakimiyyətə gəldikdən sonra belə təhdidlərin sayı daha da artmağa başlayıb. Hər halda Putinin atdığı son addımlar və ABŞ sahilləri ətrafına nüvə başlıqlı raketlər daşıyan qırıcı-bombardmançı təyyarələrin göndərilməsi də bəşəriyyətin gələcəyini təhdid altında qoyan təxribatçı siyasətin Moskva tərəfindən davam etdirildiyini bir daha sübut etməkdədir.

Beləliklə, Suriya və Ukrayna böhranı ətrafında əsəblərin tarıma çəkilməsi başda ABŞ olmaqla Qərblə Rusiya arasında yeni "Karib böhranı"nı yetişdirməkdədir. Bu böhrandan tərəflərin qaça bilib-bilməyəcəkləri isə yaxın gələcəkdə məlum olacaq.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avropa liderləri Rusiya barəsində razılaşdılar

22 İyun 2017 23:03

“Facebook” istifadəçi fotolarını müdafiə edəcək

22 İyun 2017 22:57

Şəmkirdə 2 otaqlı mənzildə yanğın baş verib

22 İyun 2017 22:55

Keçmiş arvadının üzünə "kislota" tökdürən şəxsin şikayəti təmin edilmədi

22 İyun 2017 22:49

Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI

22 İyun 2017 22:48

"Türkiyə ilə fikirlərimiz üst-üstə düşür" -

22 İyun 2017 22:47

Şəmkirdə 2 otaqlı mənzil yanıb

22 İyun 2017 22:43

Hansı qidalar qabıqlarıyla daha faydalıdır

22 İyun 2017 22:42

Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin

22 İyun 2017 22:37

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

22 İyun 2017 22:36

Restorana "dominant qadın" obrazında getdi - FOTO

22 İyun 2017 22:32

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22 İyun 2017 22:28

Anası 5 yaşlı uşağı niyə öldürdü? -

22 İyun 2017 22:28

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

22 İyun 2017 22:27

Necə bilək ki, insaflıyıq, ya yox?

22 İyun 2017 22:27

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

22 İyun 2017 22:22

İsti havada oruc tutmağın savabı nədir?

22 İyun 2017 22:22

İşə şortda buraxmadılar, don geyindi - FOTO

22 İyun 2017 22:17

“Qudurmuş tulanızın ipini çəkin” – Deputat

22 İyun 2017 22:17

Merac hadisəsi nə zaman olub?

22 İyun 2017 22:17

Rusiyanın ən zəngin məmurları – Siyahı

22 İyun 2017 22:17

Bakıda əcnəbi turisti qarət edən üç qadın tutuldu

22 İyun 2017 22:13

Çilidən Almaniyaya erkən şok - YENİLƏNİR

22 İyun 2017 22:12

İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil

22 İyun 2017 22:12

İnsanlarla cinlərin oxşar və fərqli cəhətləri

22 İyun 2017 22:12

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa razılaşıb

22 İyun 2017 22:12

Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”

22 İyun 2017 22:12

"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

22 İyun 2017 22:08

1 milyon təqibçisi oldan məşhur it - FOTO

22 İyun 2017 22:05

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB

22 İyun 2017 22:05

Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb

22 İyun 2017 22:02

Əfqanıstanda partlayış törədilib:

22 İyun 2017 21:58

Qadının üzərinə turşu atanlarin niyyəti alınmadı

22 İyun 2017 21:57

İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?

22 İyun 2017 21:57

“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı

22 İyun 2017 21:57

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"

22 İyun 2017 21:57

Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO

22 İyun 2017 21:52

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

22 İyun 2017 21:52

6 aylıq uşağın qidalanması

22 İyun 2017 21:52

Bakıda həbs edilən erməni hökmdən şikayət verdi

22 İyun 2017 21:49

Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq - VİDEO

22 İyun 2017 21:47

Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - VİDEO

22 İyun 2017 21:47

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl

22 İyun 2017 21:47

Naxçıvan Muxtar Respublikasına yeni vergilər naziri təyin edilib

22 İyun 2017 21:45

Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO

22 İyun 2017 21:42

Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO

22 İyun 2017 21:42

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO

22 İyun 2017 21:42

Xəstəliklərlə mübarizə aparan rəngli qidalar

22 İyun 2017 21:42

Sürüşmələr aktivləşdi: çökmə və uçqun baş verdi - VİDEO

22 İyun 2017 21:42

Naxçıvanın yeni vergilər naziri təyin edildi

22 İyun 2017 21:39