Yezid (lən) ordusundan İmam Hüseyn (ə) qoşununa keçən tövbəkar qardaşlar

Yezid (lən) ordusundan İmam Hüseyn (ə) qoşununa keçən tövbəkar qardaşlar
19:47 5 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hədayiqil-vərdiyyə" kitabında Əbul-Hətif ibni Hərəs və Səid ibni Hərəs barədə oxuyuruq: "Bu iki qardaş Nəhrivan xəvariclərindən idilər. Ömər Sədlə (lən) birlikdə İmam Hüseyni (ə) qətl etmək üçün Kərbəlaya gəlmişdilər. Aşura gününə qədər Ömər Sədin ordusunda idilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o zaman ki, İmam Hüseynin (ə) tərəfdaşları mərifət və ixlasla cihada qalxırlar və şəhadət şərbətini içdilər, İmam (ə) fəryad çəkdi:
هل من ناصر ينصرنى و هل من معين يعيننى
Bu iki qardaşı İmamın fəryadını eşitdilər və başa düşdülər ki, getdikləri yol batil, İmamın (ə) isə yolu haqdır. Bu təfəkkür sayəsində İmama (ə) yardım etmək qərarına gəldilər. Üzlərini bir-birinə çevirib dedilər: "Bizim şüarımız budur:
"لَاحُكْمَ إلّالِلّه وَلَاطَاعَة لِمَنْ عَصَى اللّه.
Yəni, hakimiyyət Allahdan savayısı üçün deyildir. Allaha üsyan edən kəsə itaət etmək və ardınca getmək caiz deyildir. Məgər Yezid (lən), İbni Ziyad (lən) Allahın mütisi idilər ki, onlara itaət etmək caiz olsun? Məgər İmam Hüseyn (ə) Allaha üsyan etmişdir ki, onun ardıcılı olmaq haram olsun?
Bu Hüseyn (ə) - bizim Peyğəmbərimizin (s) övladıdır. Onun mübarək varlığından ancaq bəndəlik, ibadət və bəsirət günəşi nur saçır. Və bu Ömər Səd isə İbni Ziyad kimi haramzadənin əmri ilə Peyğəmbər (s) övladını öldürmək üçün gəlmişdir".
O zaman ki, bu bəsirət hər ikisinin qəlbini nurlandırdı, zəlalət quyusundan çıxdılar. Hidayət qalasına tərəf üz tutdular. Onlar əməlləri isə isbat etdilər ki, əbədi ticarətin nə qədər faydalı olduğunu dərk ediblər. Tövbə edib qılınclarını çəkdilər. İmam Hüseynin (ə) yanına gəldilər. İmamla (ə) birlikdə düşmənlə vuruşdular. Çox sayda insanı cəhənnəmə göndərdilər. Bu iki qardaş imamət və vilayət günəşini müdafiə etdilər və onun mücahidləri kimi canlarını qurban verdilər və şəhid oldular. Dünyaya bir daha sübut etdilər ki, insan tövbə və istiğfar edərək, öz keçmiş əməlləri haqqında təfəkkür edərək dünya və axirət səadətinə nail ola bilər, baxmayaraq ki, nə qədər zəlalət quyusuna düşsə belə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR