Adrian Pit Bakıda

Adrian Pit Bakıda
19:57 5 Noyabr 2016
114 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit Azərbaycana gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rumıniyalı yarımmüdafiəçi Topaz Premyer Liqasının XI turunda bu gün keçirilən "Neftçi" - "İnter" (2:1) matçını izləyib.
 
"Neftçi" klubunun heyətində edilən islahatlarla əlaqədar Pitin "ağ-qaralar"la danışıqlara başlayacağı bildirilir. Amma onun Bakıya səfəri şəxsi işləri ilə əlaqədardı.
 
Əldə etdiyimiz məlumata görə, rumıniyalı futbolçunun gəlişi pulla bağlıdı. Onun Azərbaycanda fəaliyyətini dayandırmış bankların birində xeyli pulunun qaldığı deyilir. Pit növbəti həftə bu problemi həll edib, ölkəsinə qayıdacaq.
 
Qeyd edək ki, eks "Xəzər Lənkəran"lının sonuncu klubu vətənində ikinci liqada çıxış edən "UTA Arad" olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR