Azərbaycanda möhtəşəm Nar bayramı (FOTO/VİDEO)

Azərbaycanda möhtəşəm Nar bayramı (FOTO/VİDEO)
20:18 5 Noyabr 2016
304 Maraqlı
Ölkə mətbuatı
A- A+

Noyabrın 5-də Göyçay rayonunda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm nar bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Bayram tədbirinin rəsmi qonaqları və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələrin, yarmarkaların təşkili xüsusilə yaddaqalan olub. Nar bayramının iştirakçıları musiqi sədaları altında qarşılanıb, qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı - Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib. Folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayrama əlavə rəng qatıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, XI dəfədir təşkil edilən nar bayramı rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu bayram son illər Göyçayda narçılığın inkişafına təkan verib. O qeyd edib ki, nar Azərbaycanın demək olar bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, sortlarının sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər rayonlarda yetişən narlardan fərqlənir. Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir.

Festival iştirakçılarına məlumat verilib ki, Göyçayda narın 67 sortu yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Nar cənnət meyvəsi sayılır və müqəddəs “Qurani-Kərim”də adı çəkilir. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.

Bildirilib ki, bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması istiqamətində tədbirlər görülür. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilir. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirir, daha çox nar şirəsi istehsal edərək xarici bazarlara çıxarırlar. “AzNar” QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar sahədə məhsuldar nar bağı mövcud idisə, hazırda nar bağlarının sahəsi 3970 hektardan çoxdur.

Yerli və xarici qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın, eləcə də isti təndir çörəyinin, pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatların dadına baxıblar. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanan milli xörəklər də təqdim olunub.

Bayram tədbirində nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, mahnı-rəqs qruplarının, aşıqların, musiqi məktəbində təhsil alan şagirdlərin, idmançıların çıxışları alqışlarla qarşılanıb, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.

Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.
















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Teleaparıcı İlkinin toyundan FOTO

25 Aprel 2017 18:57

Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR

25 Aprel 2017 18:57

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" donanmasının yenilənməsinə 139 mln. ABŞ dolları xərcləyib

25 Aprel 2017 18:52

Bakıda bir-birinə bitişik 3 EV YANDI

25 Aprel 2017 18:52

Artur Rasizadədən qərar

25 Aprel 2017 18:51

Bülənt Ərsoy məhkəməyə çıxarıldı

25 Aprel 2017 18:51

Elnur Hüseynovun yeni klipində erotik səhnələr - VİDEO

25 Aprel 2017 18:49

Eks-prezidentdən tələbələrə MARAQLI TÖVSİYƏ

25 Aprel 2017 18:48

"Gürcüstan gimnastları Bakıya gəlməkdən hər zaman məmnundur" - FOTO

25 Aprel 2017 18:47

Milyarder oğlu Sərdarovun malikanəsindən yarım milyon dollarlıq OĞURLUQ - FOTO

25 Aprel 2017 18:42

Ordumuzun da istifadə etdiyi avtomobil partladıldı

25 Aprel 2017 18:38

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və təsərrüfat sahiblərinə xəbərdarlıq edib

25 Aprel 2017 18:37

Türkiyəli nazir Bakıya gəldi - FOTO

25 Aprel 2017 18:37

İnsan gözünə bənzəyən kamera hazırlandı

25 Aprel 2017 18:33

Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri

25 Aprel 2017 18:32

Rusiyalı "Kardaşyan" yandırıb-yaxdı

25 Aprel 2017 18:32

Türkiyədə silahlı basqın: 6 yaralı

25 Aprel 2017 18:27

Shamkir Chess 2017: V tura start verildi - FOTO

25 Aprel 2017 18:22

​İŞİD liderləri çılpaq yaxalandı

25 Aprel 2017 18:21

Bakıda evdən 6 min manatlıq qızıl oğurladılar

25 Aprel 2017 18:19

Məşhur aparıcı canlı yayımda infarkt keçirdi - VİDEO

25 Aprel 2017 18:17

Monteneqroda avtobus dayanacağında PARTLAYIŞ

25 Aprel 2017 18:17

FHN xüsusi taktiki təlim keçirdi

25 Aprel 2017 18:15

Donuz fermasından imtina edib, ilahi qadən gözəlliyinəı sitayiş edən vizajist - FOTOLAR

25 Aprel 2017 18:13

Zöhrə Ağamirova: "Marina Durundaya tezliklə sağalmağı arzu edirəm"

25 Aprel 2017 18:12

Mağazadan ərzaq oğurlayan 2 qardaş tutuldu – BAKIDA

25 Aprel 2017 18:09

“Ermənilər anlamalıdır ki...” - Qarabağ münaqişəsinin həlli üçün YENİ TƏKLİFLƏR

25 Aprel 2017 18:08

Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir

25 Aprel 2017 18:07

AŞPA Türkiyə ilə bağlı sərt qərar verdi

25 Aprel 2017 18:06

"Azəriqaz" Bakını qazsız qoydu - Əhali əlacsız qalıb

25 Aprel 2017 18:05

Bakıda küçə ticarətinə qarşı REYD

25 Aprel 2017 18:05

Cəmil Quliyev: “Aylarla televiziyaya baxmayanlar onu tənqid edir” - MÜSAHİBƏ

25 Aprel 2017 18:03

Neft hasilatının azaldılması anlaşması minimum daha 1 il uzadılmalıdır

25 Aprel 2017 18:02

FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə təlim keçirdi - FOTO

25 Aprel 2017 17:58

Bakıda sehrli nağıl - Autizmli uşaqların moda gecəsi - FOTO

25 Aprel 2017 17:57

Avropa İttifaqı bu il iyunun 15-dən rouminqi ləğv edəcək

25 Aprel 2017 17:57

Məşqçi: "Dünya Kuboku amerikalı gimnastlar üçün çox vacib yarışdır" - FOTO

25 Aprel 2017 17:57

Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər təltif edildi

25 Aprel 2017 17:55

AMEA: Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar istehsal edilir

25 Aprel 2017 17:52

Rayona işləməyə gedən müəlliməni oğurlayıb təcavüz etdilər

25 Aprel 2017 17:52

Donald Trampı Kosmosa "uçurdular"

25 Aprel 2017 17:49

Maşallah Əhmədov ziyanı ödəməyə hazırdır - MƏHKƏMƏ

25 Aprel 2017 17:48

Dilqəmin Lapşindən fərqi: Deputatlar Rusiya XİN-ə ETİRAZ ETDİLƏR

25 Aprel 2017 17:47

Facebook-da tanış olduğu qızı blokda zorladı: Şəkillərini çəkdi

25 Aprel 2017 17:47

İsa peyğəmbərin qəbri tapıldı?

25 Aprel 2017 17:44

Turşu suyunun FAYDALARI

25 Aprel 2017 17:43

Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edildi

25 Aprel 2017 17:42

İti avtomobilini qorusun deyə öldürdü

25 Aprel 2017 17:40

Kiyevdə siqaretə qadağa qoyulacaq

25 Aprel 2017 17:38

Yevgeni Bajanov: "ABŞ MDB ölkələrinə öz dövlət modelini tətbiq etmək istəyir"

25 Aprel 2017 17:37