Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deyilənə görə, bu daş pul gətirir

Deyilənə görə, bu daş pul gətirir

Date: 5 November 2016 20:22

Hər bir qiymətli daşın insanlara özünəməxsus təsir gücü vardır. Bəzi daşların müalicəvi təsirə malik olduğunu hamımız bilirik. Sizlərə bəhs etmək istədiyim daş növü isə qədim əfsanələrə görə pul daşı adlandırılır.
Deyimlərə əsasən bu daşdan hansı evdə varsa, həmin evə pul gəlir. Bu daş əqiq daşıdır.
Qədim zamanlarda əqiq daşını tacirlər, bəylər öz evlərindən əskik etməzlərmiş. Hətta onlar öz xanımlarına bu daşlardan hədiyyə edərlərmiş ki, xanımları bu daşı daima üzərlərində gəzdirsinlər və daş itməsin. Deyilənlərə görə bu daşdan hansı evdə varsa, həmin evə ruzi-bərəkət və pul gəlir. Əqiq daşı həm də həmin evi bəd nəzərdən və pis enerjidən qoruyur. Bu deyilənlər yüz illər boyu öz təsdiqini tapdığına görə indi də bəzi insanlar evlərində əqiq daşı saxlayırlar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, deyilənə görə, Hz.Məhəmməd peyğəmbərimizin üzüyünün qaşı da əqiqdən olub.
Əqiq daşının qiymətli olduğuna görə onun haqqında bir çox deyimlər var. Məsələn, türkdilli xalqların bir atalar sözündə "Əqiq yoxsulluğu aradan qaldırar, qanaxmanı durdurar".
Əqiq daşı cibdə gəzdirilməsi mümkün olan bir daşdır. Siz də cibinizdə bu daşdan gəzdirsəniz və onun var-dövlət gətirəcəyinə inansanız dövlətli olacaqsınız.
Milli.Az


Tags:  Deyilənə bu daş pul gətirir

RƏYLƏR


Top news