Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu, sual deyil axı..." - Araz Abdullayev

"Bu, sual deyil axı..." -   Araz Abdullayev

Date: 5 November 2016 20:37

Neftçi”nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının XI turunda “Neftçi” üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. 



- Evdə oynayırdıq, köklənmişdik ki, qələbə qazanaq. Komanda çox yaxşı mübarizə apardı. Rəqib də güclü oynadı. Biz qələbəni daha çox istəyirdik. “İnter”in də qol epizodları oldu. Lakin biz əlimizə düşən şanslardan daha yaxşı yaralnadıq. Bütün “Neftçi” azarkeşlərini təbrik edirəm.


- 90 dəqiqə özünüzü necə hiss etdiniz? Azarkeşlərin sizə qarşı münasibəti yaxşı deyildi...

- Fərqi yoxdur, oyuna çıxıramsa, çalışıram komandaya faydalı olum. Belə şeylərə fikir vermirəm. İstərdim ki, gələcəkdə belə şeylər olmasın. İstər-istəməz adama təsir edir.


- Əvəzlənən zaman kapitan sarğısını niyə Mahir Şükürova verdiniz? Axı, Cavidin vitse-kapitan olduğunu bilirdiniz...

- Çox yorğun idim, yanımda da Mahir vardı. Ona görə verdim, başqa bir şey yoxdur.


- Necə düşünürsünüz, bu qələbə “Neftçi”nin küskün azarkeşlərinin stadiona gəlməsinə kömək edəcək?

- Çalışırıq ki, yaxşı olsun. Bilirsiniz ki, heyətlə bağlı problemlər var.


- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?

- Epizodu izləməmişəm. Penlatidən sonra da imkanlarımız oldu. Onları da vursaydıq, hesab böyük olardı.


- Bilsəydiniz ki, orada penalti yoxdur, topu kənara vurardınız?

- Bu, sual deyil axı ...(gülür) Vurardım qırağa, problem yoxdur


- Əksər oyunlardan sonra miks-zonaya gəlmirisiniz. Bu, nə ilə bağlıdır?

- Uduzmağı sevmirəm. Sizinlə bir problemim yoxdur.


- Kapitansınız və hər oyunda sizi söyürlər. Heç düşünmüsünüz ki, özünüz nəsə edəsiniz, azarkeşlərlə görüşəsiniz?

- Biz həmişə bazada oluruq, gəlirlər, danışırıq. Amma oyuna çıxanda vəziyyət fərqli olur.


Fanat.Az



Tags:  sual deyil Araz Abdullayev


RƏYLƏR


Top news