Göyçayda nar bayramına 15 mindən çox qonaq qatıldı - FOTO

Göyçayda nar bayramına 15 mindən çox qonaq qatıldı - FOTO
20:47 5 Noyabr 2016
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 5-də Göyçay rayonunda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm nar bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Bayram tədbirinin rəsmi qonaqları və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələrin, yarmarkaların təşkili xüsusilə yaddaqalan olub. Nar bayramının iştirakçıları musiqi sədaları altında qarşılanıb, qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı - Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib. Folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayrama əlavə rəng qatıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, XI dəfədir təşkil edilən nar bayramı rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu bayram son illər Göyçayda narçılığın inkişafına təkan verib. O qeyd edib ki, nar Azərbaycanın demək olar bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, sortlarının sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər rayonlarda yetişən narlardan fərqlənir. Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir.

Festival iştirakçılarına məlumat verilib ki, Göyçayda narın 67 sortu yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Nar cənnət meyvəsi sayılır və müqəddəs "Qurani-Kərim"də adı çəkilir. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.

Bildirilib ki, bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması istiqamətində tədbirlər görülür. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilir. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirir, daha çox nar şirəsi istehsal edərək xarici bazarlara çıxarırlar. "AzNar" QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar sahədə məhsuldar nar bağı mövcud idisə, hazırda nar bağlarının sahəsi 3970 hektardan çoxdur.

Yerli və xarici qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın, eləcə də isti təndir çörəyinin, pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatların dadına baxıblar. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanan milli xörəklər də təqdim olunub.

Bayram tədbirində nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, mahnı-rəqs qruplarının, aşıqların, musiqi məktəbində təhsil alan şagirdlərin, idmançıların çıxışları alqışlarla qarşılanıb, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.

Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.

Milli.Az
























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı müğənni: "Yaşım az olsa da, çox şey görmüşəm" - VİDEO

24 Avqust 2017 11:09

Qənirə Paşayeva "Qarabağ" üçün səhnədə mahnı oxudu - VİDEO

24 Avqust 2017 11:08

Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcək

24 Avqust 2017 11:07

Rövnəq Abdullayev "Qarabağ"ı təbrik etdi

24 Avqust 2017 11:07

Yaşar Nurinin qızı müğənniliyə başladı? – “Səhnə üçün ölürəm”

24 Avqust 2017 10:59

ABŞ nüvə döyüş başlığı daşıyan yeni qanadlı raket yaradacaq

24 Avqust 2017 10:57

Qəhrəmanların qarşılanması - Fotoların dili ilə

24 Avqust 2017 10:57

VİDEO: Qənirə Paşayeva səhnədə mahnı oxudu

24 Avqust 2017 10:55

İlham Əliyev yeni “Tufan” gəmisinin təməlini qoydu

24 Avqust 2017 10:53

Astan Şahverdiyev: "Qarabağ FK"-nın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 10:53

Azərbaycan Prezidenti yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:52

Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

24 Avqust 2017 10:52

Magistr və doktorantlar tələbə krediti ala biləcək - YENİLİKLƏR

24 Avqust 2017 10:49

İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:49

Rövnəq Abdullayev: “Bu, böyük tarixin ilk sətirləridir”

24 Avqust 2017 10:47

Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO

24 Avqust 2017 10:43

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 10:43

Bakıdakı toz dumanı nə vaxt çəkiləcək? - RƏSMİ AÇIQLAMA

24 Avqust 2017 10:39

Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

24 Avqust 2017 10:37

Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

24 Avqust 2017 10:37

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 10:37

Fasilədə Qurban Qurbanov dedi ki..." - Rəşad Sadıqov

24 Avqust 2017 10:37

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

24 Avqust 2017 10:35

Azərbaycanı şoka salan xəbər gəldi...

24 Avqust 2017 10:34

FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!

24 Avqust 2017 10:33

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

24 Avqust 2017 10:32

Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

24 Avqust 2017 10:32

“Oba köçdü” gülünün kədəri

24 Avqust 2017 10:24

Bu rəqsi etdiyinə görə onu həbs etdilər

24 Avqust 2017 10:24

ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz

24 Avqust 2017 10:22

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (24.08.2017)

24 Avqust 2017 10:22

“İçerde” serialının qəhrəmanlarından GÖZLƏNİLMƏZ ADDIM - FOTO

24 Avqust 2017 10:18

Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!" - VİDEO

24 Avqust 2017 10:18

“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır

24 Avqust 2017 10:17

Qaynadılmış qarğıdalının faydaları

24 Avqust 2017 10:17

Onlar "Qarabağın qələbəsini belə bayram etdilər...

24 Avqust 2017 10:14

Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

24 Avqust 2017 10:12

Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb

24 Avqust 2017 10:12

Leyla Əliyevadan "Qarabağ"a TƏBRİK

24 Avqust 2017 10:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı

24 Avqust 2017 10:06

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək

24 Avqust 2017 10:02

"Qarabağ"ın vurduğu TARİXİ QOL

24 Avqust 2017 09:57

57 yaşlı müğənni özünü 6 yaş cavanlaşdırdı - FOTO

24 Avqust 2017 09:53

Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək

24 Avqust 2017 09:52

Azərbaycan nefti bahalaşıb

24 Avqust 2017 09:52

"Qarabağ" Bakıya qayıtdı - AEROPORTDAN GÖRÜNTÜLƏR

24 Avqust 2017 09:49

VALYUTA MƏZƏNNƏLƏRİ

24 Avqust 2017 09:48

Xarici valyutaların manata qarşı məzənnələri

24 Avqust 2017 09:47

Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 09:42

Tarixdə bu gün

24 Avqust 2017 09:40