170 nömrəli məktəbdə uşaqlar loqopedsiz qalıb - VİDEO

170 nömrəli məktəbdə uşaqlar loqopedsiz qalıb - VİDEO
21:05 5 Noyabr 2016
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxın Sabuncu rayonu 170 nömrəli məktəbdə fiziki qüsurlu uşaqlar loqopedsiz qalıb. Məktəbin xüsusi siniflərində tədris alan uşaqların valideynləri deyir ki, loqoped övladları üçün çox vacibdir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ancaq Təhsil Nazirliyi müəllim ayırsa da uşaqlar bundan məhrumdur. Əvvəlki loqoped isə təqaüdə çıxıb.

Valideynlərin sözlərinə görə, hətta bununla bağlı direktora bir necə dəfə müracət ediblər.

Məktəbdə valideynlərin uşaqları gözləməsi üçün heç bir şərait də yaradılmayıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, məsəyə baxılır və yaxın vaxtlarda problem aradan qalıdırılacaq, uşaqlar loqopedlə təmin olunacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR