Xanımlar üçün kiçik mətbəx məsləhətləri

Xanımlar üçün kiçik mətbəx məsləhətləri
21:42 5 Noyabr 2016
274 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qurabiyə, qoğal, kökə və digər qurumağa meylli olan şirniyyatların təravətini qorumaq üçün həmin məhsulların saxlandığı qaba kəsilmiş alma qoymaq məsləhətdir. Alma tərkibində olan maye hesabına ağzıörtülü qabda rütubəti tənzimləyərək şirniyyatları qurumağa qoymayacaqdır.

Milli.Az vib.az-a istinadən bildirir ki, şüşədə olan içkini tez bir zamanda soyutmaq üçün onu yaş salfetə büküb soyuducuya qoymaq gərəkdir. Yaş salfet sərinliyi tez bir zamanda canına çəkərək soyuma prosesini tezləşdirəcəkdir.

Kəsilmiş meyvələri qaralmaqdan qorumaq üçün meyvələri üzərinə az miqdarda limon şirəsi çiləmək olar. Həmçinin, eyni məqsədlə 1 xörək qaşığı bal və 2 xörək qaşığı su olan məhlul da eyni məqsəd üçün istifadə oluna bilər.

Yemək bişirdikdən sonra əllərinizdə qalan xoşagəlməz soğan və sarımsaq qoxusunu istifadə olunmuş  bir dəfəlik çay paketləri ilə aparmaq olar. Sadəcə istifadə olunmuş çay paketini əllərinizə və dırnaqlarınıza sürtün.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR