Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəli libasında olan aqil

Dəli libasında olan aqil

Date: 5 November 2016 21:47

Bəhlul agah və müdrik bir alim idi ki, Harun ər-Rəşid Abbasi tərəfindən məhkəmədə işləmək üçün dəvət alır. Lakin bu təhlükəli peşədən qaçmaq üçün Bəhlul özünü dəliliyə vurur. Bir çubuq götürüb üstünə minir və onu çapmağa başlayır. Uşaqlar da onun ardınca gedirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmin dövrdə bir nəfər evlənmək istəyir və and içir ki, yolda ilk kimə rast gəlsəm, ondan evliliyimlə bağlı nəsihətlər alacağam. Bu insanın rast gəldiyi şəxs Bəhlul olur. And içdiyi üçün çarəsiz evliliyi ilə bağlı onunla məsləhətləşməli olur.
Bəhlul ona deyir: "Əgər qızla ailə qursan, başdan-başa xeyir edərsən. Sənə heç bir ziyan gətirməz. Əgər dul qadınla evlənsən, yarı xeyir edərsən, yarı ziyan. Ancaq əgər uşaqlı qadınla evlənsən, başdan-başa ziyan edərsən.
Sonra öz çubuğuna minir və deyir: "Atımın yolundan kənara çəkil ki, səni əzməyin".
Evlənmək istəyən şəxs onun bu aqilcəsinə məsləhətlərindən sonra özünü belə aparmağına təəccüb edir və səbəbini soruşur.
Bəhlul cavab verir: "Bu insanlar mənim dinimi məhv etmək istəyirdilər, ancaq mən ağlımın məhv olmasını bəhanə gətirdim ki, dinimi qoruyum".

Milli.Az


Tags:  Dəli libasında olan aqil

RƏYLƏR


Top news