Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İmam Hüseynin (ə) və İmam Zaman ağanın (ə.f) müştərək şüarları

İmam Hüseynin (ə) və İmam Zaman ağanın (ə.f) müştərək şüarları

Date: 5 November 2016 22:17

"Heyhat minnəz-zilləh"   həm İmam Hüseyn (ə) qiyamının və həm də İmam Zaman ağanın  (ə.f) qiyamının müştərək şüarıdır. "Ali-Yasin" ziyarətində oxuyuruq ki, İmam Zaman ağa (ə.f) həm tilavət edən və həm də Quran ayələrini təcəssüm edəndir. Hər bir Məsum İmam kimi, İmam Zaman ağa (ə.f) da həm vilayət günəşi və həm də Quran ayələrinin təcəssümüdür. Quran ayələri mübarək vücudunda məna kəsb edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təfsirçilərin nəzərinə görə ən məşhur ayələrdən biri bu ayədir: "Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: "Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun"". ("Nəhl" 36).
Bu ayə buyurur ki, peyğəmbərin və ya imamın iki vəzifəsi vardır. Biri budur ki, insanları tövhidə və Allah bəndəliyinə dəvət edər. O birisi isə hər bir üsyankar tağutdan çəkindirər. İkinci vəzifənin həm fərdi və həm də ictiami tərəfləri vardır. Peyğəmbər (s) və Məsum İmamlar (ə) bu cür insanlardan fasilə saxlamalıdır və başqalarını da qorxurtmalıdır ki, onlardan uzaq olsunlar.
Bu surənin başqa ayəsində oxuyuruq: "Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun(özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir". ("Nəhl" 90).
Allah Təala bu ayədə hamıya tövsiyə edir ki, ədalətə riayət etsinlər. İmam Kazım (ə) bu mübarək ayənin təfsirində ədalət barəsində buyurmuşdur: "Dünyada ədalət baldan da şirindir". (Həvzəh)
Yəni, əgər ədalət insanların arasında bərpa olarsa, hamı ehtiyacsız olar və ədaləti o kəs bərpa edə bilər ki, ədalətə özü ən gözəl şəkildə riayət edir.
Hafizin sözləri ilə desək, "Hər baş qırxan dəllək sayılmaz". Yəni, hər kəs bu aləmdə ədaləti bərpa edə bilməz. Tarix boyu çox sayda insanları müşahidə etmişik ki, ədalət iddiasında olmuşdular. Ancaq özləri ədaləti icra etməmişdir. Ona görə də İmam Kazım (ə) buyurur ki, ədaləti o kəs bərpa edə bilər ki, həm əməli və həm də danışığı gözəl olsun. Ədaləti icra etməyin yollarını bilsin və İlahi niyyətlə onu yerinə yetirsin.
İmam Hüseynin (ə) və İmam Zamanın (ə.f) da müştərək hədəfləri vardır və o da ədaləti bərpa etməkdir. Əgər ədalət bərpa olarsa, insanlar Allaha yaxınlaşar və dünya ehtiyacları ödənmiş olar. Bu ədalət insanların həm maddi və həm də mənəvi həyatlarını təmin edər.
"Nəhl" surəsinin başqa bir ayəsində oxuyuruq: "(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et". ("Nəhl" 125).
Bu ayədən belə görünür ki, "Heyhat minnəz-zilləh" şüarı Quran ayəsində götürülmüşdür. Ədalətə dəvət etmək və zalımla mübarizə aparmaq Məsum İmamların (ə) vəzifələrindən idi. Bütün İlahi peyğəmbərlər (ə) tağutla mübarizə aparmışdılar. Çünki İlahi ədaləti bərpa etmək istəyən zaman bəzi insanlar müxalifətlik edirdilər. Çünki onu qəbul etməyə hazırlıqları yox idi. Onlar ədaləti istəməyən zalımlar idilər.
İmam Hüseyn (ə) də Aşura günü ədaləti bərpa etmək üçün səy göstərdi. İmam Hüseynin (ə) həyatına nəzər salanda çox şahidi oluruq ki, başqalarını həmişə özündən üstün hesab etmişdir. Ədalətdən daha ucasını yerinə yetirmişdir.
İmam Zaman ağa (ə.f) qəlbləri ədalətin lazımlığına inandıracaq və insanları ədaləti icra etməyə dəvət edəcəkdir. Əlbəttə onun da qarşısında müxalifətlik edənlər olacaqdır. Ona görə də onlarla vuruşmaqdan başqa yolu olmayacaqdır. Necə ki, bu ayə onu sübut edir. "Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun".

Milli.Az


Tags:  İmam Hüseynin İmam Zaman ağanın əf müştərək şüarları

RƏYLƏR


Top news