Pielonefrit və böyrəkdaşı zamanı pəhriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz
22:22 5 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Pielonefrit zamanı pəhriz təyin etdikdə sidiyin pH-ı nəzərə alınır. Çünki onu dəyişməklə mikrobların inkişafı üçün dözülməz şərait yaradılır. Pielonefrit zamanı sidiyin turş reaksiyasında xəstələrə bir cür, qələvi reaksiyasında isə başqa cür pəhriz təyin edilir. Bu xəstələk zamanı sidik yollarını qıcıqlandıran məhsullar, efir yağları olan tərəvəzlər (soğan, sarımsaq, xren, turp), ədviyyatlar menyudan çıxarılır, xəstələrə təzə meyvə-tərəvəzlər yemək, bol su içmək məsləhət görülür.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, böyrəkdaşı zamanı pəhrizin prinsipləri aşağıdakılardan ibarətdir:
- sidik yollarını çöküntü və daş əmələ gətirə bilən qida məhsullarından məhdudlaşdırmaq
- qidanın xarakterini dəyişməklə sidiyin pH-nı requlə etmək və bununla da sidik yollarında çöküntünün yaranmasının qarşısını almaq, daşların həll olmasına nail olmaq
- çöküntüləri sidik yollarından çıxarmaq üçün çoxlu maye içmək.
Böyrəkdaşı xəstəliyində daşın növünə əsasən pəhriz saxlanılır.
Oksaluriya zamanı tövsiyə olunan məhsullar:
* ət, toyuq, balıq orta miqdarda (100-200 qram) qaynadılmış halda, bişirilmiş kolbasa, sosiska, yumurta, qaynadılmış ətdən və balıqdan salatlar
* süd, qatıq, kəsmik, xama
* piylər ,kərə və bitki yağı
* yarmalar, qarabaşaq, yulaf, arpa, makoron məhsulları
* çörək, buğda, un məhsulları
* meyvə və tərkibində oksalat turşusu az olan tərəvəzlər (xiyar, kələm, noxud, badımcan, balqabaq, ərik, banan)
* suplar, souslar
* kompot, kisel.
Pəhrizdə azaldılmalı və ya tam çıxarılmalı məhsullar:
* yağlı ətlər, onların bulyonları, qaraciyər, böyrək, dil, beyin, quru balıq, kürü, hisə verilmiş kolbasa
* duzlu pendir
* göbələk, turşəng, ispanaq, gül kələmi
* şokolad, əncir, moruq
* istiot, xardal, xren
* kofe, tünd çay, kakao.
Fosfaturiya zamanı tövsiyə edilən məhsullar:
* ət, quş əti, balıq bütün formalarda
* yumurta gündə 1 dənə
* yağlar, kərə yağı, bitki yağı
* yarmalar (duzsuz halda)
* çörək, un məmulatları
* tərəvəz, yaşıl noxud, balqabaq, göbələk
* turş alma növləri
* bal, şəkər, qənnadı məmulatları
* açıq çay, qəhvə, itburnu dəmləməsi.
Qadağan edilir:
* hisə verilmiş məmulatlar
* süd və süd məhsulları
* piylər
* kartof, tərəvəz
* meyvə, giləmeyvə, meyvə şirələri.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR