Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sizcə, bu qadının neçə yaşı var? - FOTO

Sizcə, bu qadının neçə yaşı var? - FOTO

Date: 5 November 2016 22:42

Çinli aktrisa və model, üç oğul anası Kendi Lonu görənlər onun dəqiq yaşını təyin etməyə çətinlik çəkirlər. Kendi Lo "Timeless" adlı kitabın da müəllifidir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Honkonqda yaşayan Kendinin fotokitabı indi bestsellerdir.

Zahirən o, 25 yaşlı qıza bənzəyir. Halbuki Kendi Lonun 50 yaşı var.

24  il əvvəl, 1991-ci ildə o, "Miss Asia" gözəllik müsabiqəsində qalib gələrək "Miss Asia Pageant" tituluna yiyələnmişdi. Lakin o, model karyerasını yarımçıq qoyaraq özünü ailəyə həsr edib.

Ötən il boşanan Kendi üç oğlunu təkbaşına böyüdür.

Kendinin dediyinə görə, kitabı üçün fotosessiyanın çəkilişlərinə 80 cüt ayaqqabı və 15 dəst geyimlə yollanmışdı.

"Böyük oğlum mənimlə getdi, çamadanları daşımağa yardım etdi", - Kendi gülərək söyləyib.

"Timeless" kitabının satışından əldə edilən gəlir məişət zorakılıı qurbanı olmuş qadınlara yardım fondunun hesablarına keçiriləcək.

Milli.Az
















Tags:  Sizcə bu qadının neçə yaşı var FOTO

RƏYLƏR


Top news