Doğruluq – sonsuz xəzinədir.

Doğruluq – sonsuz xəzinədir.
22:47 5 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, doğruluq və düzlüyə müxtəlif alimlərin verdiyi təriflərə nəzər salıb, onun həqiqi mənasını dərk etməyə çalışaq.

Zəkəriyya Razi: "O kəs ki, özü ilə sadiq olmaz, heç kəslə olmaz".
Paskal: "Haqqı tanımaq və vəfadarlıq odur ki, sədaqətin cavabını sədaqətlə verəsən".
Kant: "Əgər etimad olunan olmaq istəyirsənsə, doğruçu və düzgün əməl sahibi ol".
Smiles: "Doğru danışmaq bütün müsbətliklərin əsasıdır".
Tennesse Uilyams: "Sədaqətin ən böyük nəticəsi - vicdanın rahatlığıdır".
Şopenhauer: "Valideynin övladına öyrətməli olduğu ilk dərs - sədaqətdir".
İmam Muhəmməd Ğəzzali: "Məbada həyatın aldadıcı zahiri sizi sədaqət yolundan ayırsın".
Taha Hüseyni: "Sədaqət hamıya layiqlidir, dahi insanlar və qüdrət sahibləri üçün isə daha layiqlidir".
Frensis Bayqvin: "Düz sözü yalanla qarışdırmaq, qızıl və gümüş sikkəyə vurulan fırıldaq kimidir".
Herman Hesse: "Sədaqət - yaş, peşə və sərvətlə deyildir. Ayıq vicdanladır".
Əbu Səyid Əbul-Xeyr: "Allah sadiqləri sevir".
Cicero: "O kəs ki, özünü sədaqətdən ehtiyacsız bilər, onun kimidir ki, günəşə deyər bat. Nuru və zülməti bir bilər".
Aristotel: "Doğru danışmaq - xəzinə kimidir. Hər nə qədər zahir olarsa, tərəfdarları çox olar. Yalan - gizli atəşin şöləsi kimidir ki, o zaman ki, zahir olar, özü ilə məhv olmaq gətirər".
Osvald Spengler: "Sədaqət ancaq dillə deyildir, həm də əməllədir".
Mişel Servantes: "O kəsin ki, sədaqəti vardır, heç bir şeydən və heç bir kəsdən qorxmaz".
Luis Pastor: "Sədaqətin ən üstün dərəcəsini analarda axtarın".
Sokrat: "O cəmiyyətdə ki, insanların arasında sədaqət olmaz, fənaya məhkumdur".
Ənuşirvan: "Düzlük və doğru danışmalı - baxmayaraq ki, acı olsa belə".
Viktor Hüqo: "Yalan şeytandandır. Çünki şeytanın iki adı vardır: biri şeytandır, o birisi yalan".
Əflətun: "Yalançı başqa yalançıdan ehtiyat edər".
Əli Dəşti: "Yalanın özü şərdir. Əgər şər yalan ilə dəf olarsa, fasid fasidlə dəf olmuş olar".
Martin Lüter: "Yalan qar kimidir, hər nə qədər onu büksələr, böyük olar".
Corinne: "Yalançı həmişə and içməkdə ifrat edər".
Monteqnyö: "O kəs ki, yalan danışar - Allah qarşısında cəsur və insanların qarşısında qorxaq olar. Çünki yalançı Allahdan xəcalət çəkməz, ancaq insanlardan qorxar".
Nitşe: "Kiçik insanların içində yalan çoxdur".
Dostoyevski: "O kəs ki, özünə yalan deyər və öz yalanına qulaq asar, iş o yerə gəlib çatar ki, düz sözü ayıra bilməz. Nə özünün düzgün sözünü və nə də başqalarının".
Jan-Pol Sartr: "Yalan - özünə nəzarət etmək və həyatı davam etdirmək üçün ən pis vasitədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR